Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:41

Rusiya "Teleqram" və "Tvitter"i bağlamaqla hədələyir


Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FBR) “Telegram” sosial şəbəkəsindən “Yarovoy” qanununa əsasən istifadəçilərin yazışmalarının deşifrə edilməsini tələb edib.

Azadlıq Radiosunun məlumatına görə,bu barədə xidmətin banisi Pavel Durov məlumat verib.

Pavel Durov
Pavel Durov

Bunu etmədiyinə görə FBR sentyabrın 14-də messencerə qarşı inzibati pozuntu barədə protokol tərtib edib.

Durov həmin protokolun sürətini “BKontakte”də dərc edib.

Sənədə əsasən FBR hələ 2017-ci il iyulun 14-də daxil olan, çıxan və işlənən bütün informasiyaların deşifrə edilməsi barədə sorğu göndərib və bunun üçün 5 gün vaxt verib.

FBR-ə deşifrə barədə məlumat vermək öhtəliyi, 2016-cı ilin yayında-“Yarovoy paketi” kimi tanınan antiterror qanunlarının qəbulundan sonra tətbiq edilib.

“Roskomnadzor” “Telegram” ı bloklamaqla hədələdikdən sonra xidmət 2017-ci ilin iyununda Rusiya ərazisində informasiya yayımçısı kimi qeydiyyatdan keçib.

"Feysbuk" da eyni təhlükə ilə üzləşib

Qeyd edək ki, “Roskomnadzor” sentyabrın 26-da digər sosial şəbəkə “Feysbuk”u da bloklamaqla hədələyib.

Məlumatda deyilir ki, “Feysbuk” 2018-ci ildə şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.

“İntefaks”ın məlumatına görə, bunu jurnalistlərə “Roskomnadzor” un rəhbəri Aleksandr Jarov deyib.

“Qanun hamı üçün mütləqdir. İstənilən halda ya biz qanuna əməl edilməsinə nail olacağıq, ya da şirkət Rusiya ərazisində fəaliyyətini dayandıracaq, təssüf ki, Linkedln-lə baş verdiyi kimi. Burda istisna yoxdur”,Jarov deyib.

Rusiya ötən ilin noyabrında “Linkedln” social şəbəkəsinin fəaliyyətini dayandırıb.

Jarovun sözlərinə görə, “Tvitter” artıq 2018-ci ilin ortalarında şəxsi məlumatların lokallaşdırılacağını bildirib və onlar şirkətin mövqeini başa düşərək bu müddətədək orda yoxlama aparmayacaqlar, amma bundan sonra mütləq yoxlanacaq.

Rusiyada şəxsi məlumatlar haqqında qanuna bu düzəliş 2015-ci ilin sentyabrından qüvvəyə minib.

Anti-terror paketi deputatlar - İrina Yarovoy və Viktor Ozerov tərəfindən hazırlanıb.

Burda onlarla qanuna düzəliş edilir, dövlətin səlahiyyətləri artırılır, ölkə əhalisi üzərində nəzarət gücləndirilir.

Bu qanun sayəsində adamlar asanlıqla vətəndaşlıqdan məhrum oluna bilər.

Bunadan başqa qanun bütün telefonlar və yazışmaların izlənməsinə izn verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG