Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Rusiyanın Ermənistandakı səfiri Azərbaycan barədə suala cavab verməyib


Sergey Kopyrkin
Sergey Kopyrkin

AzadlıqRadiosunun Erməni xidmətinin verdiyi xəbərə görə, Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopyrkin hesab etdiyini bildirib ki, Ermənistanın axtarışa verdiyi və Rusiya ərazisində olduğu deyilən məmurların Yerevana verilməməsi siyasi yox, hüquqi məsələdir:

“Bu məsələ mənə görə siyasi yox, hüquqidir. Buna məhz belə baxmaq lazımdır. Müəyyən müvafiq hüquqi alətlər, razılaşmalar, iki ölkənin qanunvericilik aktları, ekspertlər, iki ölkənin bu məsələ ilə məşğul olan baş prokurorluqları mövcuddur. Bu məsələdə onlar bir-biri ilə peşəkar səbviyyəfədə əlaqədə olurlar”.

Hazırda Rusiya ərazisində Ermənistanın “1 mart hadisələri” ilə bağlı axtarışa verdiyi bir neçə şəxslərin olduğu məlumdur.

Bunların arasında “1 Mart” hadisələri üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaan Arutyunyan, Ermənistanın keçmiş baş prokuroru Gevork Kostanyan, keçmiş müdafiə naziri Mikael Arutyunyan da var.

Onların üçü də 2008-ci ilin “qanlı 1 mart hadisələrinə” görə ittiham olunurlar.

Mikael Arutyunyanın Rusiya vətəndaşlığı var və Moskva elə bu zəmində ötən il onun ekstradisiya olunması ricasını rədd edib.

Ermənistanın axtarışa verdiyi şəxslərdən biri də məhkəmə qərarlarının icrası xidmətinin keçmiş başçısı, habelə keçmiş deputat Migran Pogosyandır.

Rusiya onun da Ermənistana təslim edilməsindən imtina edib.

Rusiyanın Ermənistandakı səfiri Sergei Kopyrkin-ə Azərbaycanın ən müasir Rusiya qırıcıları olan Su-57 təyyarələrinin alınmasında maraqlı olmasına dair Rusiya mediasında yayılmış xəbərlərə dair suallar da verilib.

“Vedomosti” qəzetinin verdiyi məlumata görə bu barədə danışıqların başlanmasına siyasi rəhbərlik səviyyəsində razılıq verilib.

Səfir Azərbaycana Rusiya silahı satılmasına dair suala cavab verməkdən ümumiyyətlə imtina edib:

“Kütləvi informasiya vasitələrinin qırıcılar barədə xəbərlərinə gəlincə, məni bağışlayın, mənə bu barədə şərh vermək çətindir”.

Rusiya səfiri habelə Rusiyanın Krasnodar diyarındakı erməni kilsəsinin ərazisində baş vermiş insidentlə bağlı suala cavab verməkdən imtina edib.

Orada Armavir şəhər dumasının deputatı Aleksey Vinogradov erməni kilsəsinin ərazisində Garegin Njdeyə qoyulmuş abidənin xatirə lövhəsinə qara rəng çəkib.

Kopyrkin deyib ki, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG