Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

Rusiyadan olan bloqqer Bakıdan geri qaytarıldığını yazıb 


İlya Varlamov
İlya Varlamov

“Bu gün səhərdən təsəvvürümdə canlandırıdım ki, gözəl Bakı restoranının birində necə kabab yeyəcək, dəniz sahilində gəzəcək, qədim şəhərin mağazalaında olacaq və öz dostlarımı görəcəyəm...”

Bunu Rusiyadan olan bloqqer İlya Varlamov noyabrın 2-də yazıb.

Bakıya Moskvadan gəldiyini deyən bloqqer bildirir ki, pasport nəzarəti bölməsində olan xanım onun sənədini bir kənara qoyaraq, kimlərəsə zəng edib və gələnlər onu gözləmə guşəsinə göndərdilər.

Bloqqerin bildirməsinə görə, iki saatdan sonra sərhədçilərin rəisi gələrək deyib ki, suallar yaranıb, gözləmək lazımdır:

“Sərhəd xidməti bununla bağlı heç nə bilmir. Deyirlər ki, mənim barəmdə rəhbərliyə məruzə edilib və cavab gözləyirlər.Cavab nə zaman olacaq bu məlum deiyl. “Bəs məsələ nədir?” sualına isə “Siz daha yaxşı bilərsiniz ki, hansı problemləriniz var” cavabı verirlər”,İ. Varlamov bildirir.

Bloqqerin qeyd etməsinə görə, bir qədər də keçəndən sonra ona səbəbini iazh etmədən bildiriblər ki “Azərbaycanda olması arzuedilən deyil”
İ Varlamovun vurğulamasına görə, rəhbərlik onun Azərbaycana buraxlmaması göstərişini verib.

“Heç zaman Dağlıq Qarabağda səfərdə olmamışam, Azərbaycan qanunvericiliyin pozmamışam. Ola bilər ki, səbəb mənim Bakı barədəki keçmiş yazlarımla bağlıdır. Burada isə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bilir ki nədən inciyib”, deyə İ.Varlamov qeyd edib.

Daha sonra da bloqqer “İstanbula uçdum” sözlərini yazıb.

Hələlik, İlya Varlamovun yazdıqlarına Azərbaycan rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi onunla razılaşmadan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərlər edən bir sıra şəxslərin, o cümlədən bloqqerlərin adlarını “ arzu edilməz şəxsləri”in siyahsına salıb. Ancaq İ. Varlamov heç zaman Dağlıq Qarabağa səfər etmədiyini bildirir.

Xatırlatma

İ.Varlamovun müxtəlif vaxtlarda Bakı ilə bağlı düşüncələri var.
Onun 2016-cı ilin avqustuna təsadüf edən düşüncələri “Pis Bakı” adlanır.

Bloqqer həmin vaxt yazı və fotolarında Bakıda modern binalarla yanaşı, köhnə tikililərdən, inkişafdan qalmış məkanlardan da bəhs edir. Orada vurğulanır ki, köhnə binalara kosmetik dəyişikliklərlə müasir görüntü verilib...

XS
SM
MD
LG