Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Rusiyalılar sovet hökumətinə indikindən daha rəğbətlə yanaşırlar


İ.Stalin və V.Putin
İ.Stalin və V.Putin

Rusiyalılar keçmiş sovet hökumətinə daha rəğbətlə yanaşırlar, nəinki indiki hökumətə. Bunu «Levada» müstəqil sorğu mərkəzinin avqustun 5-də açıqladığı rəy sorğusuna əsasən demək olar.

Respondentlər hər bir hökuməti təsvir etməkdən ötrü 20-dən çox xüsusiyyət içindən 5-ni seçiblər. Sovet hökuməti üçün seçilən ilk dörd keyfiyyət müsbət, hazırkı hökumət üçün isə hamısı mənfi olub.

Sovet hökumətinin «xalqa yaxın» (respondentlərin 29%-i), «güclü» (25%), «ədalətli» (22%) və «hüquqi» (20%) olduğu bildirilib.

Respondentlərin 31 faizi indiki hökuməti «kriminal və korrupsioner» adlandırıb. Digər xüsusiyyətlər isə «xalqdan uzaq» (23%), «bürokratik» (26%) və «qeyri-uzaqgörən» (9%) olub.

«Dərində yatan struktur»

Respondentlərin yalnız 15 faizi indiki hökuməti hüquqi saydığını söyləyib.

«Levada» mərkəzinin direktoru Lev Qudkovun fikrincə, bu dəyərləndirmələr oxşar tədqiqatın aparıldığı müddət, yəni 90-cı illərin sonlarından başlayaraq qorunub saxlanıb.

«Oxşar fikirlərin davamlılığı ona dəlalət edir ki, söhbət təsəvvürlərin kütləvi şüurun dərinliklərində yatan strukturundan gedir», – Qudkov yazır. Onun fikrincə, «sovet hakimiyyətinin funksional ideallaşdırılması indiki hakimiyyətdən narazılığı, ona tənqidi yanaşmanı ifadə etməyə xidmət edir».

«Levada» mərkəzinin iyulda keçirdiyi rəy sorğusuna görə, rusiyalıların 38 faizi Vladimir Putinin indilik vəzifə müddəti bitəndən sonra da prezident kimi qalmasını istəmir.

Başqa bir rəy sorğusuna görə, rusiyalıların yarıdan çoxu (59%) sovet epoxasının əsas xüsusiyyəti kimi sadə adamların qayğısına qalmasını vurğulayır.

«Levada»nın apreldə keçirdiyi sorğuya görə isə, sovet diktatoru İosif Stalinə müsbət münasibət göstəricisi sorğunun keçirildiyi illər ərzində maksimum həddə yüksəlib. Rusiyalıların 41 faizi ona sayqıyla yanaşdığını bildirib ki, bu da 2001-ci ildən ən yüksək göstərici idi. 6% respondent Stalinə rəğbət, 4% isə heyranlıq ifadə edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG