Noyabrın 6-da Vyanada Rusiya Mədəniyyət Nazirliyinin keçmiş yüksək vəzifəli rəsmisi saxlanıb.
O çirkli pulların yuyulmasında şübhəli bilinir.
Bu barədə məlumatı noyabrın 7-də İspaniya Baş Prokurorluğu yayıb. Saxlanan şəxsin adı çəkilmir.
Lakin Rusiyanın dövlət TASS xəbər agentliyinin məlumatına görə söhbət Rusiya Mədəniyyət Nazirliyi mülkiyyət və investisiya siyasəti idarəsinin keçmiş başçısı Boris Mazodan gedir.
O Rusiyada fırıldaqçılıqda ittiham olunur və axtarışa verilib.
Amma bu da xəbər verilir ki, Mazonu Rusiyanın yox, İspaniyanın orderi ilə saxlayıblar. İspaniyada onu Marbellada qiyməti 4 milyon avro olan villa almaq məqsədilə cinayət yolu ilə əldə olunmuş vəsaitlərdən istifadədə ittiham edirlər.
Prokurorluğun məlumatında deyilir ki, keçmiş məmurun pullarının mənşəyi barədə informasiyanı Rusiya tərəfi verib.
İspaniyada habelə Mazonun Rusiya vətəndaşları olan arvadı və oğlu, həmçinin ispan vəkili saxlanıb.
Prokurorluq bunu da bildirir ki, Mazo Rusiyada bir qrup başqa şəxslə birlikdə Sankt Peterburqdakı Ermitaj muzeyibnin rekonstruksiyası üçün ayrılmış 7, 2 milyon dolları mənimsəməkdə ittiham olunur.
AzadlıaRaduiosunun Rus xidməti yazır ki, burada çox güman söhbət Ermitajla bağlı 450 milyon dollarlıq yeyinti ilə əlaqədar açılmış “bərpaçılar işi”ndən gedir.
Mazo, habelə mədəniyyət nazirinin keçmiş müavini Grigory Pirumov və Rospan şirkətlər qrupunun rəhbəri Nikita Kolesnikov barəsində cinayət işi ötən mayda açılıb.
Bundan əvvəl Mazo Novodeviçi monastrının, Kaluqada kosmonavtika muzeyinin və başqa obyektlərin bərpası üşün ayrılmış 100 milyon dolları mənimsəməkdə ittiham olunaraq məhkum edilib.
O 2017-ci ilin payızında bu işlə əlaqədar 1, 5 il müddətinə azadlıqdan məhrum edilmiş, amma həmin müddəti təcridxanada keçirdiyinə görə azad olunmuşdu.
Mazo bundan sonra xaricə getsə də, 2018-ci ildə axtarışa verilib.