Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Rusiyalı gey ədalət axtarışında


Gey
Gey

2017-ci il, martın 21-də Rusiyanın mərkəzi hissəsində yerləşən Perm regionu administrasiyasının insan hüquqları üzrə müvəkkilinin elektron poçtuna məktub daxil olur. Məktub müəllifi qohumu Maksim Lapunovun bir həftə öncə Qroznıda yoxa çıxdığını yazırdı.

«Dostların dediyinə görə, hüquq-mühafizə əməkdaşları onu aparıblar. Başqa məlumat yoxdur. Sizdən xahiş edirəm, onu tapmağa kömək edin!» – AzadlıqRadiosunun (RFE/RL) əldə etdiyi məktubda deyilir.

Lapunov haqda buna bənzər müraciət məktubu eyni gündə Rusiyanın Daxili İşlər Nazirliyinə də göndərilib.

…Lapunovun yaxınları onun yoxa çıxmasının səbəbini dərhal anlayıblar: Lapunov geydir.

Azad ediləndə güclə sürünürmüş

Bəziləri Çeçenistanda insanların yoxa çıxması və məhkəməsiz öldürülməsi haqda xəbərləri nəzərə alaraq, Lapunovun öldürüldüyü qənaətinə gəlmişdi.

Ancaq şənlik təşkilatçısı və şar ustası Lapunov ölməyibmiş. Altı ay sonra Moskvada mətbuat konfransında görünür. O, yoxa çıxması ilə bağlı açıqlama verir: küçədə şar satarkən naməlum şəxslər tərəfindən oğurlanaraq 12 gün Qroznı polis şöbəsinin kamerasında saxlanıb.

M.Lapunov deyir ki, saxlanılan zaman cinsi oriyentasiyasına görə döyülməyə və psixoloji terrora məruz qalıb, kamerada digərlərinin də döyüldüyünü və işgəncəyə məruz qaldığını görüb və eşidib.

«Hamı məni gey olduğuma görə ittiham edir, mənim kimi insanların öldürülməli olduğunu deyirdi. Onlar məni kameradan çıxaranda başıma plastik torba keçirdilər. Başımı skoçla sarıdılar, nəfəs almaq üçün balaca bir deşik qoydular. Ayaqlarıma və qollarıma vurdular», – Lapunov ötən il bu vaxt Moskvada mətbuat konfransında demişdi.

Lapunov jurnalistlərə 2017-ci ilin martında nəhayət azad ediləndə güclə süründüyünü söyləyirdi.

O, 2017-ci ilin yazında Çeçenistanda geylərə qarşı təqiblərin, başına gələnləri danışan birinci və hələlik, ilk qurbanıdır. O zaman bu təqiblər bütün dünyaya səs salmışdı.

Təqiblərin digər qurbanları yaşadıqları işgəncə və təhqirlər haqda AzadlıqRadiosuna anonim şərtlərlə danışsalar da, Lapunov öz iddiasını çox aydın, rəsmi şikayət formasında …təqdim edib.

«Mən onların cəzalanmasını istəyirəm», – «Novaya Qazeta»nın müxbiri Yelena Milaşina öz yazısında Lapunovdan sitat gətirib.

Kiyevdə gey-parad
Gözlə
Embed

No media source currently available

0:00 0:01:08 0:00

Siyasi iradə

Lapunovun şikayətinin üstündən 12 ay keçib. Onun iddiaları əsasında araşdırma aparıldığı deyilsə də, rəsmi cinayət işi açmaqdan imtina edilib. Səbəb kimi isə iddiaları təsdiqləyə bilmədiklərini göstəriblər.

Prezident Vladimir Putinin insan hüquqları müvəkkilinin Lapunovu açıq dəstəkləməsi də işə yaramayıb.

Bu yazı üçün müsahibə verməkdən imtina edən Lapunov həyatına təhlükə hiss etdiyindən Rusiyanı tərk edib.

«Bu işin ilişib qalmasının ən birinci səbəbi siyasi iradənin olmamasıdır», – «Human Rights Watch» insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktor köməkçisi Tanya Lokşina radioya deyib.

Ötən il oktyabrın 16-da mətbuat konfransında Lapunovun yanında olan Lokşina deyir ki, Lapunov indi işi Strasburqa, Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir.

«O, ədalət istəyir. Ancaq aydındır ki, Rusiya hökuməti ona bu ədaləti verməyəcək», – deyə o əlavə edib.

«Qanımız təmizlənsin»

Çeçenistandakı bu təzyiqlər haqda xəbərlərin yayılmasından sonra respublika rəsmiləri demişdilər ki, burada belə təzyiqlər mümkün deyil, çünki gey yoxdur.

«Bizdə geylər yoxdur. Varsa, Allah xətrinə, onları özünüzlə Kanadaya aparın. Onları bizdən uzaqlaşdırın ki, buralarda olmasınlar. Qanımız təmizlənsin», – …Çeçenistan lideri Ramzan Kadırov HBO kanalına müsahibəsində demişdi.

Lapunov başına gələnləri ictimaiyyətə açıqlayandan sonra Çeçenistan hökumətinin informasiya naziri onu özünü reklam etməkdə, «Novaya Qazeta»nı isə məsələni gündəmə gətirmək üçün bu hekayəni uydurmaqda suçlamışdı.

«Bu qədər vaxtı Moskvada olsa da, sakit durub və qəfildən, bütün bu məsələlər ortaya çıxanda … əlbəttə ki, «Novaya Qazeta»... özünə belə bir yoldaş uydurmalı idi», – Cambulat Umarov Rusiyanın müstəqil «Dojd TV» kanalına demişdi.

Lapunov saxlandığı kameranın sxemini çəkərək onu öz vəkillərinə və Kremlin insan hüquqları müvəkkili Tatyana Moskalkovaya təqdim edib. O, Moskalkova ilə hadisəni ictimaiyyətə açıqlamasından altı həftə öncə görüşüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG