Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:15

Rusiyalı boksçu ABŞ-da keçirilən matçda aldığı zədələrdən ölüb


İllüstrasiya
İllüstrasiya

Rusiyanın boks federasiyasının verdiyi məlumata görə boksçu Maksim Dadashev ABŞ-ın Merlilend ştatında keçirilən matç zamanı aldığı zədələrə görə vəfat edib.

Rusiya Boks Federasiyası iyulun 23-də bildirib ki, Dadashev iyulun 19-da Subriel Matiasla döyüş zamanı aldığı zədələrdən dünyasını dəyişib.

Federasiyanın prezidenti Umar Kremlev deyib ki, “bu, son dərəcə kədərli hadisədir”.

Bu da xəbər verilir ki, 28 yaşlı Sankt Peterburq sakini Dadashev matçdan sonra Merlilend Universitetinin tibb fakültəsində təcili beyin cərrahiyyəsi olunub.

Bundan sonra həkimlər onu süni koma vəziyyətinə keçiriblər. Lakin sonradan idmançının ürəyinin dözmədiyi və vəfat etdiyi xəbər verilib.

Matç zamanı çəkilmiş videoda Dadashev-in rinqin küncündə başını silkələdiyi görünür. Burada 11-ci raundan sonra onun məşqçisi Buddy McGirt boksçuya yalvararaq onun matçı dayandırmasını istəyirdi:

“Sən çox zədələnmisən Maks, xahiş edirəm, gəl oyunu dayandıraq”.

Bundan sonra McGirt matçın dayandırılması üçün əlindəki dəsmalı indiyədək məğlubiyyət görməmiş rusiyalı və Puerto Rikalı boksçuların arasına atıb.

Xəbər verilir ki, Dadashev matçdan sonra soyunub-geyinmə otağına sərbəst yeriyə bilməyib.

O elə bu zaman huşunu itirib.

Bu matçın keçirilməsini Beynəlxalq Boks Federasiyası təşkil etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG