Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Putini Kremldən qovmaq istəyən şaman ‘ruhi xəstə’ elan edildi


Şaman Aleksandr Gabyshev
Şaman Aleksandr Gabyshev

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Putini Kremldən qovmaq istəyən yakut şamanın tibbi müayinəsi onun ruhi xəstə olduğunu göstərib.

Bu da bildirilir ki, o bu səbəbdən məhkəmə önünə çıxarılmayacaq.

Şaman Aleksandr Gabyshev Sibirdən Moskvaya piyada yürüşə başlamış və ötən ay yoldaykən həbs edilmişdi.

Açıq Rusiya müxalifət qrupunun insan haqları əlaqələndiricisi Valentina Dekhtyarenko oktaybrın 3-də AzadlıqRadiosuna deyib ki, Gabyshev-in vəkilləri onun müstəqil psixiatrlar tərəfindən müayinə olunmasını istəyiblər.

Qrupun əlaqə saxladığı ekspertlər bildiriblər ki, onlar rəsmi psixiatrik müayinənin nəticələrinə şübhə ilə yanaşırlar.

Xanım Dekhtyarenko əlavə edib ki, o rəsmi müayinənin yazılı nəticələrini oktyabrın 5-dək əldə edə biləcəyinə inanır.

Gabyshev cinayət işi üzrə şübhəli sayılsa da, ona qarşı heç bir cinayət ittihamı irəli sürülməyib.

Buna baxmayaraq şamandan Yakutsk şəhərini tərk etməyəcəyinə dair yazılı iltizam alınıb.

Gabyshev mart ayında piyada yürüşünə başlayandan bəri 2000 kilometr məsafə qət etmiş, yol boyu yüzlərlə insanla təmas quraraq məşhurlaşmışdı.

Onu görüntüləyən videolara milyonlarla insanlar baxırdı.

İyul ayında Çita şəhərinə çatan Gabyshev orada 700 nəfərlik “Putinsiz Rusiya” şüarlı aksiya keçirmişdi.

Şaman o vaxt demişdi: “Allah mənə dedi ki, Putin insan deyil, cindir. Allah mənə onu qovmağı əmr edib”.

Sentyabrın 19-da onlarca maskalı və silahlı şəxs Sibirin Buryatiya regionuna gətirilmiş və burada Gabyshev həbs olunmuşdu.

O buradan doğma Yakutiyaya gətirilmiş və əvvəlcə psixiatrik xəstəxanada yerləşdirilmiş, daha sonra isə sərbəst buraxılmışdı.

Gabyshev-ə elan edilmişdi ki, o Rusiya vətəndaşları arasında ekstremizmi qızışdırmaqda ittiham edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG