Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:17

Rusiyadan qayıda bilməyən Azərbaycan vətəndaşının şikayəti


"İşsiz, pulsuz qalmışıq" Rusiyada işləyən azərbaycanlı danışır
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

"İşsiz, pulsuz qalmışıq" Rusiyada işləyən azərbaycanlı danışır

Rusiyanın Arxangelsk vilayətində yaşayan Azərbaycan vətəndaşı Namiq Nəcəfov ölkəsinə qayıda bilmədiyindən şikayətlənir.

Bu barədə AzadlıqRadiosuna N.Nəcəfovun özü bildirib. Onun sözlərinə görə, koronavirus pandemiyasına görə iş yeri bağlanıb və o, oradan çıxmaq məcburiyyətindədir. N.Nəcəfovun vurğulamasına görə, Azərbaycan konsulluğundan isə hər hansı cavab ala bilmir: "Hara gedəcəyimi bilmirəm. Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının vətənə qayıtmaları üçün qeyd olunmuş portalın da aprelin 18-də qeydiyyatından keçmişəm. Arxangelskdə yerləşən Azərbaycan konsulluğu ilə əlaqə saxlaya bilmirəm. Qaynar xətlərdə cavab verən yoxdur Məcburam qaldığım yerdən çıxandan sonra bir-iki gün məscidlərin birində qalım".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə "Turan" agentliyinə bildirib ki, evegedirem.info portalı vasitəsilə qeydiyyatdan keçmək çox asandır: "Qaynar xətlərə gəlincə, onlar səfirliklərin mobil nömrələrinə keçirilib. Onlar 7 gün 24 saat işləkdir, sadəcə, eyni vaxtda zənglər gəldiyi üçün düşməmək ehtimalı var. Amma "qaynar xətlər işləmir" demək düzgün deyil. Bugünə kimi kifayət qədər müraciətlər olub, qeydlər götürülüb. O cümlədən, Rusiyadakı səfirliyimiz tərəfindən. Qeydiyyat prosesi aprelin 18-də Moskva vaxtı ilə saat 10:00-da başlayıb və portal 23 aprel saat 00:00-dək işlək haldadır".

Rusiyada işləyən azərbaycanlı: Nə qədər tanışım xəstələndi
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

"Vətəndaşlar mərhələ-mərhələ ölkəyə qayıda bilərlər"

Onun deməsinə görə, artıq çoxlu sayda qeydiyyatdan keçən vətəndaşlar var: "Portaldan istifadə kifayət qədər sadədir. Adam sayta girib öz anket məlumatlarını daxil edib, sonra təsdiq düyməsini basır. Həmin anda vətəndaş sıra nömrəsi ilə təmin olunur. Sonra vətəndaşın məlumatları yoxlanılır və bununla bağlı ona xəbərdarlıq göndərilir. Vətəndaşlar narahat olmasın, onlara zəng vasitəsilə iki həftə öncə qayıtmaqla bağlı məlumat gələcək. Azərbaycandakı vəziyyətə, karantin yerlərinin imkanlarına uyğun olaraq vətəndaşlar mərhələ-mərhələ ölkəyə qayıda bilərlər".

L.Abdullayeva qeyd edib ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına iş adamları və diaspora təşkilatları da maddi yardımlar göstərirlər: "Türkiyədə hal bir az fərqlidir. Orada yaşayan azərbaycanlıların əksəriyyəti tələbələrdir və onlar təhsil məsələlərinə görə qayıda bilmirlər. Rusiyada isə daha çox işləyən, kirayə yerləri olan vətəndaşlarımızdır ki, onlara da müxtəlif hallarda iş adamları, diaspor təşkilatları tərəfindən yardımlar edilir".

Hazırda Türkiyədə olan Azərbaycan vətəndaşlarına müəyyən yardımlar, o cümlədən kirayə pulu verildiyi bildirilir.

Koronavirus pandemiyası ilə bağlı aprelin 5-dən Azərbaycana gediş-gəliş dayandırılıb.

Türkiyədə 10 azərbaycanlı aclıq edir...
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusdan 165 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə hazırkı dövrədək 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Aprelin 18-də karantin rejimi eyni qaydalarla mayın 4-nə kimi uzadılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG