Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 21:14

Rusiyadan toyuq əti gətirilməsinə məhdudiyyət qoyulub


Rusiyanın bəzi ərazilərindən Azərbaycana toyuq əti gətirilməsinə məhdudiyyət qoyulub.

Bu barədə bu gün, aprelin 26-da Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda yazılıb.

Məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisində Nyukasl xəstəliyi qeydə alıb.

“Agentlik vurğulayır ki, Azərbaycan baş dövlət baytarlıq müfəttişi Rusiya Federasiyasının Çeçenistan Respublikası və Stavropol diyarı ərazisindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması barədə qərar verib.

Eyni zamanda, Agentlik Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət edib.

Müraciət Çeçenistan və Stavropol diyarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycana gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlıdır.

Xatırlatma

Nyukasl xəstəliyi (yalançı taun, atipik taun, Asiya taunu) psevdopestis avium da adlanır.

Quşların yüksək kontagioz virus xəstəliyi olmaqla respirator, visseral orqanların, mərkəzi əsəb sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.

Nyukasl xəstəliyi ondan ölən, məcburi kəsilən quş cəsədləri, xəstə toyuğun yumurtaları, vəhşi heyvanlar, çirklənmiş əşya, avadanlıq, nəqliyyat vasitəsi, insanlar və xəstəlik olan binadan ixrac edilən hava ilə yayılır.

Nyukasl xəstəliyi baş verdikdə təsərrüfata karantin qoyulmalı və xəstəliklə mübarzə tədbirləri görülməlidr.

Xəstəliyə yoluxan quşun ətindən istifadə etmək qəti yolverilməz sayılır.

XS
SM
MD
LG