Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Rusiyadakı azərbaycanlıların hamısı qayıtmaq istəsə…(VİDEO)


Hökumət karantində vətəndaşa hansı yardımlar nəzərdə tutur?
Gözlə

No media source currently available

0:00 0:16:11 0:00

Hökumət karantində vətəndaşa hansı yardımlar nəzərdə tutur?

Dağıstan sərhədindən üç aya yaxındır ki, Azərbaycana buraxılacaqlarını gözləyən vətəndaşların bəziləri iddia edir ki, sərhəddən buraxılarkən ayrı-seçkilik edilir:

“Burda kimi dindirsəniz, deyəcək ki, burda haqsızlıq, rüşvətxorluq var. Əvvəllər gələnlərdən burda neçə adam qalır, amma bir-iki gün əvvəl gələnlərin adı siyahıya salınır. Sadəcə olaraq kömək istəyirik ki, bizi buraxsınlar, başqa nə deyə bilərik”.

Dağıstanlı hüquq müdafiəçisi Ruslan Qurbanov da bildirir ki, iyunun 15-də Dağıstan polisi ilə azərbaycanlı miqrantlar arasında qarşıdurmanın başlamasına səbəb də elə siyahı məsələsi olub, vətəndaşlarda şübhə var ki, siyahı obyektiv tərtib olunmur.

Azərbaycanlı miqrantlar iddia edirlər ki, polislə qarşıdurmada azı 3 nəfər həlak olub, yaralılar var.

Dağıstan tərəfi bu məlumatı təsdiqləməyib.

Dağıstanlı deputat AzadlıqRadiosuna danışır: "Azərbaycan hakimiyyətinə təəccüblənirəm"
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Vətənə qayıtmaq siyahısı

Siyahının obyektiv tərtib olunmaması ilə bağlı iddiaya nə Dağıstan, nə də Azərbaycan rəsmilərindən münasibət öyrənmək mümkün olmayıb.

Dağıstan parlamentinin üzvü Marat Aslanov iyunun 18-də, AzadlıqRadiosuna deyib ki, hansısa şikayət daxil olarsa, araşdırmağa hazırdırlar.

Ruslan Qurbanovsa deyir ki, onun fikrincə, Rusiyadan Azərbaycana qayıtmaq istəyənlərin sayı daha çox ola bilər:

“Mənim başa düşdüyüm qədər Rusiyadakı Azərbaycan icması Azərbaycandan kənarda ən böyük icmadır. Rusiyada bir neçə milyon azərbaycanlı yaşayır. Əgər onların hamısı və ya bir neçə yüz min- məsələn, 500 min-700 min nəfəri qayıtmaq istəsə, bu, Azərbaycan üçün çox böyük yüklənmə olacaq. Onları hardasa yerləşdirmək, karantində yerləşdirmək lazım olacaq”.

Dağıstanda qalan: "Siyahılar rüşvətlə tərtib olunur"
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Öz vətəndaşlarına yad münasibət

Rusiyada hüquq müdafiəçisi Svetlana Gannushkina isə AzadlıqRadiosuna deyir ki, Rusiya bu problemi başqa post-sovet ölkələri ilə də yaşayır:

“Özbəkistan vətəndaşları ilə ciddi problemimiz yaşandı. Onlar Rusiyanı Qazaxıstan ərazisindən keçərək tərk etmək istəyirdilər. Amma Qazaxıstan onları qəbul etmək istəmirdi. Amma sonda bu problem həll olundu, çünki Özbəkistan öz vətəndaşları üçün sərhəddə avtobus göndərdi. Min nəfərə qədər adam apardılar, amma bu, azdır, yenə aparmaq lazımdır. Başqa respublikalar da öz vətəndaşlarını apardılar. Bilirsiz, Baltikyanı ölkələr xaric post-sovet ölkələrindəki respublikalar öz vətəndaşlarına qeyri-humanist yanaşmağa meyllidirlər”.

Azərbaycan tərəfi Dağıstanda qalan vətəndaşlarının bir qismini ölkəyə keçirib, amma hələ də sərhəddə daha 600 nəfərin gözlədiyi bildirilir. Onlar Rusiyada pandemiyaya görə işlərini itirib indi Azərbaycana qayıtmaq istəyirlər, amma koronavirusa görə Azərbaycan da sərhədləri bağladığından onlar aylardır Dağıstanda qalıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG