Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:36

Rusiyalıların 40 faizi özünü yoxsul hesab edir


AzadlıqRadiosu yazır ki, rusiyalıların 40 faizi aya 12 min 500 rubldan (192 dollar) az qazanır.

Levada ictimai rəyin öyrənilməsi mərkəzinin iyulun əvvəllərində keçirdiyi sorğunun nəticələrinə görə, bu, yoxsulluğun “subyektiv səviyyəsindən” aşağıdır.

Bu da xəbər verilir ki, yoxsulluğun subyektiv həddi dövlətin müəyyən etdiyi yaşama minimumundan yüksək olub.

İkinci rübdə yaşama minimumu 11, 2 min rubl təşkil edirdi.

Rusiyanın rəsmi statistika idarəsi Rosstatın ilin ilk 6 ayı üçün məlumatına görə Rusiya vətəndaşlarının 20 milyonunun gəliri yaşama minumumundan aşağıdır.

Levada mərkəzinin sosioloqları Rusiyanın 137 yaşayış məntəqəsindən 1600 nəfərin cavablarını təhlil etdikdən sonra belə bir nəticəyə gəliblər ki, “normal yaşamaq” üçün adamların ayda 38 min 100 (587 dollar) rubla ehtiyacı var.

Rusiyalıların yalnız 7 faizinin belə qazancı var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG