Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Rusiyada 15 Yəhva şahidinin saxlandığı xəbər verilir


Rusiyada Yəhva şahidləri
Rusiyada Yəhva şahidləri

Rusiya mediasında verilən xəbərlərə görə Rusiyanın təhlükəsizlik agentləri Şimali Qafqazdakı Dağıstan regionunda Yəhvanın Şahidləri təşkilatının 15 üzvünü həbs edib.

Interfax və TASS iyunun 6-da xəbər veriblər ki, 15 nəfər “ekstremist ədəbiyyatı öyrənmək məqsədilə icazəsiz görüşə toplaşdıqlarına görə” həbs edilib.

Interfax hüquq-mühafizə orqanlarının adının çəkilməsini istəməyən rəsmisinə istinadən xəbər verir ki, reyd zamanı “təbliğat materialı” ələ keçirilib və bu materialdan “ekstremist ideologiyanın uşaqlar və qadınlar da daxil yerlililər arasında yayılması” üçün istifadə edilməliyidi.

Həbslərin nə vaxt həyata keçirildiyi naməlum qalır.

Yəhvanın Şahidləri təşkilatının sözçüsü deyib ki, iyunun 1-də Dağıstanın dörd şəhərində keçirilən reydlər nəticəsində üç kişi və bir qadın saxlanıb.

Rusiyanın Ali Məhkəməsi 2017-ci ildə Yəhvanın Şahidlərini ekstremist qruplaşma elan etdikdən sonra təşkilat üzərinə Rusiya ərazisində təzyiqlər artıb.

Qrup onun üzvləri üzərinə çoxsaylı reydlər, saxlanmalar və işgəncələr barədə məlumatlar verib.

Təşkilat bildirir ki, iyunun 3-nə olan məlumata görə onun 35 üzvü məhkəməyə qədər saxlanıb, ümumiyyətlə isə ölkə boyunca 207 nəfər barəsində cinayət işləri qaldırılıb.

Baş qərargahı Birləşmiş Ştatlarda yerləşən Yəhvanın Şahidləri təşkilatına Rusiyada həmişə şübhə ilə yanaşılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG