Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:00

Rusiyada xəstəxana çarpayılarının 80 faizi dolub


İzvestiya qəzetinin Səhiyyə Nazirliyinə istinadən yazdığına görə Rusiya xəstəxanalarında koronavirus pasientləri üçün nəzərdə tutulmuş çarpayıların 80 faizi tutulub.

Nazirlik bunu yoluxma hallarının kəskin artımı ilə izah edir.

Hazırda Rusiyada COVID-19-a yoluxmuş pasientlər üçün 126 min xəstəxana çarpayısı nəzərdə tutulub.

Ötən həftəsonu Rusiyada ötən iyuldan bəri ilk dəfə olaraq günə 6 mindən çox yoluxma qeydə alınıb.

Son sutka ərzində 6 min 215 yeni yoluxma baş verib. Moskvada iyundan bəri yoluxma rekordu təzələnib. Paytaxtda bir sutka ərzində 980 nəfər koronavirusa yoluxub.

Bu xəstəlikləri olan uşaqlar koronavirusa tutulsa, ağır keçirə bilər
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Qlobal pandemiya başlanandan bəri Rusiyada koronavirusa 1 milyon 115 min 810 yoluxma qeydə alınıb.

19 min 649 nəfər vəfat edib.

Sentyabrın 22-də Dünya Səhiyyə Təşkilatı (DST) xəbərdarlıq edib ki, koronavirusdan ölüm hallarının sayı azalsa da, virusun yayılması sürətlənib.

DST-nin məlumatına görə ötən həftə ərzində demək olar 2 milyon yeni yoluxma baş verib.

Bu, qlobal epidemiya başlanandan bəri bir həftə ərzində ən böyük yoluxma rəqəmidir.

XS
SM
MD
LG