Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 17:05

Rusiya vaksininin sınaq mərhələsi avqustdan əhali üzərində keçəcək


Rusiyada Gamaley adına adına Milli Epidemiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburg deyib ki, COVID-19 xəstəliyinə qarşı vaksin klinik təcrübələrdən keçdikdən sonra avqustun ortalarında tibb müəssisələrinə istifadəyə veriləcək.

RIA Novosti agentliyi mərkəzə istinadən bildirir ki, vaksinin qeydiyyatdan keçməsi prosesi 2-4 avqustda başa çatacaq.

Bundan sonra kiçik bir müddət də Roszdravnadzorun icazəsini gözləmək lazım gələcək.

Mərkəzdən ümid etdiklərini deyirlər ki, avqustun 14-15-də vaksinin məhdud bir hissəsi əhalinin istifadəsinə veriləcək.

Direktorun sözlərinə görə, avqustun ortalarında vaksinin 2-ci sınaq mərhələsi başa çatacaq və üçüncü mərhələ faktiki olaraq əhaliyə istifadə ilə keçiriləcək.

O əlavə edib ki, buna görə də vaksinlənmiş adamların elmi müşahidəsi aparılacaq.

Ağır fəsadlar olarsa

Aleksandr Gintsburg dəqiqləşdirib ki, insanlarda vaksin vurulması nəticəsində ağır fəsadlar yaranarsa, Səhiyyə Nazirliyi ondan istifadəni dayandırmaq səlahiyyətinə malikdir.

Direktorun sözlərinə görə hazırda istehsalçılarla danışıqlar gedir.

Moskvada iyunun 17-dən sözü gedən mərkəzin koronavirusa qarşı iki formada vaksininin kliniki sınaqlarına başlanıb.

Xəbər verilir ki, Burdenko adına hərbi hospitalda əzələyə vurulan maye vaksindən istifadə olunacaq.

Sechenov Universitetində toz şəklində olan vaksin məhlul halına gətirildikdən sonra vurulacaq. Hər bir halda sınaqda 38 könüllü iştirak edəcək.

Məlumatda deyilir ki, hər bir fərdə vaksinin iki dozası vurulmalıdır. Birinci və ikinci doza arasında fasilə üç həftə olacaq.

47 növ vaksin

Bu da qeyd olunur ki, Rusiyada COVID-19-a qarşı vaksinin istehsal həcmləri bütün başqa xəstəlik vaksinlərinin ümumi istehsal həcmindən çox olacaq.

Vaksinin istehsalı məsələləri Sberbankın “İmmuntexnologiya” MMC-sinə tapşırılıb.

İyun ayında Gintsburg bildirmişdi ki, Rusiyada əhalinin kütləvi vaksinlənməsinə başlanması üçün 50-70 milyon doza vaksinə ehtiyac olacaq.

Baş nazirin müavini Tatiana Golikova may ayında demişdi ki, Rusiyada 47 növ koronavirus vaksini üzərində iş gedir.

Bundan bir neçə gün sonra müdafiə naziri Sergei Shoigu Vladimir Putinə məruzə etmişdi ki, vaksinlərdən birinin kliniki sınaqları iyul ayında başa çatacaq.

İyunun 13-də xanım Golikova demişdi ki, koronavirus vaksininin istehsalına sentyabr ayından başlanacaq.

Şərhlər

XS
SM
MD
LG