Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:19

Rusiyada Telegram-ı bağladılar


İllüstrativ foto

Aparıcı internet provayderləri olan Beeline, Megafon, Yota, MTS və Tele2-nin müştəriləri aprelin 16-da artıq Telegram-a girə bilmədiklərini, blokadanı yarmaqdan ötrü VPN-dən istifadə etdiklərini deyiblər.

Roskomnadzor rəhbəri Aleksandr Zharov-un deməsinə görə, “Telegram-ın blokadasını yarmaq üçün istifadə olunan alətlərə qarşı hüquq çərçivəsində tədbirlər görüləcək”.

Zharov deyib ki, rəhbərlik etdiyi qurum ABŞ-da mənzillənən Apple şirkətinin App store-dan, Alphabet-dən isə Google Play-dən Telegram app-sini silmələrini rəsmən istəyəcək.

Aleksandr Zharov
Aleksandr Zharov

Telegram-ı təmsil edən hüquq müdafiəçisi və vəkil Pavel Chikov aprelin 16-da deyib ki, vəkillər bağlanmanı bir neçə ay ertələyə biliblər, bu da bütün dünyada durum barədə maarifləndirmə aparılmasına yardım göstərib.

Telegram-ı Durov qardaşları 2013-cü ildə yaradıb və bütün dünyada 200 milyondan çox istifadəçisi var.

Bu mobil mesajlaşma əlavəsi istifadəçilərin yazışmalarının kənardan oxunmasına imkan vermir.

Rusiyalı fəallar və hökumət tənqidçiləri Telegram və digər sosial media vasitəsilə antihökumət nümayişləri haqda informasiya, prezident Vladimir Putin və yaxın dostları barədə korrupsiya iddialarını yayıblar.

***

Rusiyanın dövlət media tənzimləyicisi olan Roskomnadzor internet provayderlərə göstəriş verib ki, Telegram mobil mesajlaşma əlavəsinə girişi məhdudlaşdırmağa başlasınlar. Ötən həftə Moskvada məhkəmə bu haqda qərar çıxarıb.

Roskomnadzor aprelin 16-da yaydığı bəyanatda internet provayderlərə belə bir göstəriş verdiyini bildirib.

Məhkəmənin aprelin 13-də çıxardığı qərardan sonra Telegram-ın yaradıcısı, 2014-cü ildə Rusiyadan çıxmış Pavel Durov şəbəkədə yazıb: “Gizlilik satışa çıxarılmır, insan haqları qorxu və hərisliyin güdazına getməməlidir”.

***

Aprelin 13-də Rusiyada məhkəmə Telegram mobil mesajlaşma əlavəsinin ölkə ərazisində bağlanmasına qərar verib. Bu haqda dövlət mediası yazır.

Rusiyada medianı tənzimləyən orqan ötən həftə bildirmişdi ki, Telegram-a çıxışın məhdudlaşdırılmasıyla bağlı məhkəməyə müraciət edib. Səbəb şirkətin istifadəçilər barədə məlumatı Rusiya dövlət təhlükəsizlik xidmətlərinə verməkdən imtina etməsidir.

Telegram bu göstərişi “konstitusiyaya zidd”, “hüquqi baxımdan əsassız” adlandırıb.

***Buna da bax: Telegram FSB-yə rədd cavabı verir

Məhkəmədən öncə Amnesty International Telegram-ı bağlamaq cəhdini Rusiya hakimiyyətinin “onlayn ifadə azadlığına sonuncu hücumu” adlandırıb.

Son illər Rusiya hakimiyyəti ölkədə ifadə azadlığını azsaylı məkanlarını davamlı hədəfə alır”, – Londonda mənzillənən qurumun Şərqi Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheev bəyanatda bildirib.

XS
SM
MD
LG