Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:33

Rusiyada ABŞ casusunun oturaqlıq müddəti uzadılıb


Edward Snowden
Edward Snowden

Rusiya mediasında yayılmış xəbərlərdə deyilir ki, ABŞ-dan qaçaq düşmüş Amerika casusuna Rusiyada daimi oturaqlıq verilib.

TASS və RIA Novosti dövlət xəbər agentlikləri Edward Snowden-in vəkili Anatoli Kuçerenaya istinadən yazırlar ki, onun müştərisinin Rusiyada qalmasına icazə daha üç il müddətinə uzadıllıb.

Bu da xəbər verilir ki, Snowden-in vizası aprel ayında bitmişdi, amma onu koronavirus pandemiyasına görə uzatmışdılar.

Vəkil əlavə edib ki, Snowden hazırda Rusiya vətəndaşlığına görə müraciət etməyi düşünmür.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş casusu Snowden-ə qarşı ABŞ-da cinayət işi qaldırılıb.

O ABŞ-a aid 1.5 milyon məxfi sənədin faş olunmasında ittiham edilir.

Əgər ABŞ-da təqsirli bilinərsə, onu 30 ilədək həbsxana cəzası gözləyə bilər.

Snowden Rusiyada 2013-cü ildən bəri yaşayır. O Rusiyaya ABŞ-a aid məxfi sənədləri yaydıqdan sonra gəlib.

ABŞ prezidenti Donald Trump avqust ayında demişdi ki, Snowden-i bağışlaya bilər.

Onun özü isə Fransa prezidenti Emmanuel Macrona müraciət edərək ondan sığınacaq istəyib.

Snowden 2013-cü ildən bəri Fransa və bir neçə başqa ölkədə sığınacaq ala bilmir.

XS
SM
MD
LG