Keçid linkləri

2026, 06 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:50

‘İndi Rusiyada SSRİ-də olduğundan daha çox siyasi məhbus var’

Vladimir Kara-Murza
Vladimir Kara-Murza

Rusiya müxalifətinin görkəmli nümayəndəsi deyib ki, Rusiyada siyasi məhbusların sayı 1976-cı ildə SSRİ-də olduğundan çoxdur.

Tarixçi və demokratiya fəalı Vladimir Kara-Murza BMT İnsan Haqları Şurasının iyulun 9-da Nyu Yorkda keçirilən yığıncağında deyib ki, Moskvada mənzillənmiş Memorial İnsan Haqları mərkəzinin məlumatına görə hazırda Rusiyada 297 siyasi məhbus var.

Açıq Rusiya Fondunun vise-prezidenti olan Kara-Murza bildirib ki, indi Rusiyada siyasi əqidəsinə görə həbsdə olanların sayı Sovet İttifaqında insan haqlarının müdafiəçisi, akademik Andrei Sakharov-un məhbus olduğu vaxtlarla müqayisə edilə bilər.

Sakharov həmin vaxt SSRİ-də 126 vicdan məhbusunun olduğunu bildirmişdi.

Kara-Murza deyib ki, son dörd ildə Rusiyada siyasi məhbusların sayı 6 dəfə artıb.

O bildirib ki, bu siyasi məhbusların arasında 2014-cü ildə Krımın ilhaqına etiraz edən Ukrayna rejissoru Oleh Sentsov da var.

Kara-Murza BMT-nin İnsan Haqları Şurasını Rusiyadakı siyasi məhbusların taleyi ilə daha yaxından tanış olmağa çağırıb.

​
XS
SM
MD
LG