Keçid linkləri

2026, 05 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

Rusiyada "Nadoel" şüarı ilə aksiyalar keçirilib,saxlananlar var (VİDEO)

Open Russia protests 29 april 1017
Open Russia protests 29 april 1017

Rusiyanın onlarla şəhərində “Nadoel” (Zəhlətökən, Əlçəkməz) şüarı ilə etiraz aksiyaları keçirilib.

Aksiyanı Mikhael Khadorkovsky-nin rəhbərlik etdiyi “Açıq Rusiya” hərəkatı təşkil edib.

Bütün ölkə boyu 100-ə yaxın aksiyaçının həbs edildiyi bildirilir.

Ən çox tutulanlar Sankt-Peterburq və Tula şəhərlərində olub.

Bu şəhərlərdə onlarla fəal saxlanıb.

Həmçinin Kazanda həbslər olub.

Moskvada aksiyaçılar prezident administrasiyasına, Vladimir Putinin 2018-ci ildə keçiriləcək prezident seçkisində iştirak etməkdən imtina etməsi tələbi ilə müraciət təqdim ediblər.

AzadlıqRadiosunun Rusiya xidməti aksiyanı canlı yayımlayıb.

Buna da bax:"Rusiyada varlı-kasıb uçurumu böyüyür"

XS
SM
MD
LG