Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:29

Rusiyada virusdan ölənlərin sayı əslində iki dəfə çoxdur


Sankt Peterburq məzarlığı

Rusiyada COVID-19 virusuna yoluxmadan ötən il ölənlərin sayı əvvəllər düşünüldüyündən iki dəfə çox olub.

Rusiya dövlət statistika idarəsi - Rosstatın fevralın 8-də açıqladığı məlumatına görə 2020-ci ildə koronavirusdan 162 min 429 rusiyalı vəfat edib. Rusiya ötən il bu virusdan ölüm sayına görə dünyada üçüncü olub.

Lakin elə fevralın 8-də hökumətin koronavirus işçi qrupunun açıqladığı məlumata görə 2020-ci ildə ölənlərin sayı 77 min 68 nəfər olub. Bura ötən ay və bu ayın da göstəriciləri daxildir.

Rosstat ölənlərin statistikasına virusun ölümün əsas səbəbi olmadığı halları da daxil edib.

Hökumətin işçi qrupu isə statistikaya yalnız koronavirusun ölüm səbəbi kimi təsdiq edilmiş halları salıb.

Rusiyada koronavirusdan ölüm hallarının belə hesablanması Qərbdə tənqidlərlə üzləşib.

Rosstatın məlumatına görə ötən apreldən bəri ən yüksək ölüm rəqəmi dekabrda qeydə alınıb – 44,435

Bu həmin vaxtlar idi ki, Rusiya rəsmiləri gündəlik yoluxmaların 27 minə çatdığını bildirirdilər.

Rusiya əhalisi son 15 ildə ən çox azalmaya məruz qalıb

Rosstatın rəqəmlərindən bu da məlum olur ki, ötən il bütün ölümlərin sayı 2019-cu illə müqayisədə 323,800 nəfər və ya 18 faiz çox olub.

Bu göstəricilərdən görünür ki, Rusiya əhalisi 2020-ci ildə son 15 ilin ən çox azalmasına məruz qalıb.

Rusiya bu yaxınlarda bir sıra karantin məhduduiyyətlərini yumşaldıb. Moskva iddia edir ki, epidemioloji vəziyyət yaxşılaşıb.

Paytaxt meri Sergey Sobyanin gecə klublarının və restoranların açılmasına icazə verib.

İndi Rusiyada teatrlara, kinoteatr və konsert zallarına daha çox tamaşaçı buraxılır.

Şagird və tələbələr məktəb və universitetlərə qayıdıblar.

Rusiyanın rəsmi rəqəmlərinə görə pandemiyanın əvvəllərindən ölkədə COVID19-a 3.9 milyon yoluxma olub.

Bu, John Hopkins Universitetinin hesablaması ilə dünya üzrə 5-ci ən yüksək göstəricidir.

Şərhlər

XS
SM
MD
LG