Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:38

Rusiyada ‘keçmiş prezidentlərə’ toxunulmazlıq təklif edilir


Vladimir Putin
Vladimir Putin

Rusiyada iki millət vəkili keçmiş prezidentlərə və onların ailə üzvlərinə toxunulmazlıq verilməsini nəzərdə tutan qanun layihəsi təklifi ilə çıxış edib.

Rusiya parlamenti yuxarı palatasının üzvü Andrey Klişasın və Dövlət Dumasının deputatı Pavel Kraşennikovun hazırladığı layihə noyabrın 5-də müzakirəyə verilib.

Rəsmi təklifdə deyilir ki, sənəd Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi konstitusiya dəyişikliklərinin əsasında hazırlanıb.

Layihəyə görə keçmiş prezidentlər ağır cinayətlər xaric heç bir qanun pozuntusuna görə məsuliyyətə cəlb edilə və məhkum edilə bilməz.

İndiyədək mövcud olan 2001-ci il qanununa görə keçmiş prezidentlər hakimiyyətdə olduqları dövrdə törətdikləri cinayətlərə görə mühakimə edilə bilməzlər.

Qanun layihəsinə görə keçmiş prezidentlər ağır cinayətlərdə ittiham olunduqda bu ittihamın araşdırılması üçün xüsusi komissiya təşkil edilməlidir.

Hətta bu halda da keçmiş prezidentin mühakimə edilməsi üçün parlamentin iki palatasında üzvlərin üçdə ikisinin razılığı olmalıdır.

Ömürlük senator

Bu il qəbul edilmiş konstitusiya dəyişikliyinə görə keçmiş prezidentlər istədikləri təqdirdə parlamentin yuxarı palatası – Federasiya Şurasının ömürlük üzvü ola bilərlər.

Bu, başqa sözlərlə “ömürlük senatorluq” deməkdir və mühakimələrdən ömürlük immunitet nəzərdə tutur.

Bu konstitusiya dəyişiklikləri habelə indiki prezident Vladimir Putinə 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanı verir.

Hazırda Rusiyada yalnız bir keçmiş prezident var. Bu, 2008-2012-ci illər arasında prezident olmuş Dmitri Medvedevdir.

Keçmiş sovet lideri Mixail Qorbaçovun “keçmiş Rusiya prezidenti” statusu yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG