Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Rusiya boyunca Putinə etiraz edənlərin saxlanmasına başlanıb


Pskov şəhərində təkadamlıq etiraz
Pskov şəhərində təkadamlıq etiraz

Polis Sankt Peterburqda və Rusiyanın bir neçə başqa şəhərlərində Vladimir Putinə faktiki olaraq ömürlük prezidentlik imkanı tanıyan Konstitusiya dəyişikliklərinə etiraz edən fəalları saxlayıb.

Etiraz nümayişləri martın 12-də yerli bələdiyyələr Konstitusiyaya dəyişiklikləri müzakirə etdiyi bir vaxtda keçirilirdi.

AzadlıqRadiosunun müxbiri bildirir ki, Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqda Dinc Müqavimət qrupunun iki üzvü saxlanıb.

Dmitry NegodinYevgeny Musin etiraz aksiyasını Sankt Peterburq şəhər Dumasının qarşısında keçirirdilər.

Bu şəhərdə etiraz edən iki qadın - Olga SmirnovaMarina Ken də saxlanıblar.

Bundan əvvəl Açıq Rusiya cəmiyyətinin koordinatoru Sergei Kuzin, bu qrupun başqa bir üzvü Larisa Kucherova və yerli bələdiyyənin deputatı Vasily Kunin evlərindən çıxarkən polis tərəfindən saxlanıblar.

Ural regionunda yerləşən Yekaterinburq şəhərində polis müxalif Yabloko partiyasının yerli lideri Sergei Khorenzhenko, fəallar Sergei Tiunov və Yelena Pary-ni saxlayıb. Onlar şəhər mərkəzində etiraz edirdilər.

Rusiyada etirazları və həbsləri müşahidə edən OVD-Info qrupu bildirir ki, fəallardan Sergey Ryabov Tula şəhərinin Duması qarşısında saxlanıb.

Şimali Qafqazdakı Kabardo-Balkar respublikasının paytaxtı Nalçikdə isə polis etirazçılar Alik Shashayev-i Azamat Shormanov-u saxlayıb.

XS
SM
MD
LG