Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:29

Rusiyada azərbaycanlıları daşıyan mikroavtobus aşıb


Arxiv foto
Arxiv foto

Rusiyanın Stavropol vilayәtindә Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb.

“RİA "Novosti" xəbər verir ki, hadisə yanvarın 6-da Levokumski kəndinin 1 kilometrliyində baş verib. Sürücü idarəetməni itirdiyindən mikroavtobus yol kənarındakı ağaca çırpılaraq aşıb.

Məlimatda həmçinin qeyd olunur ki, Azərbaycan vətəndaşlarını daşıyan "Mercedes" markalı mikroavtobusda 10 nəfər olub. İlkin məlumata biri yaşyarımlıq uşaq olmaqla xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilib.

Yol polisinin məlumatına görə, qəza zamanı 7 nəfərlik mikroavtobusa sürücü də daxil 10 nəfər adam olub. Araşdırma aparılır.

XS
SM
MD
LG