Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 17:39

Rusiyada zəhərlənən 69 özbəkdən biri ölüb


İllüstrasiya
İllüstrasiya

Özbəkistanın Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyada bir ay əvvəl naməlum maddədən zəhərlənmiş onlarca özbək miqrantdan biri vəfat edib.

Rusiya İstintaq Komitəsi o vaxt bilirmişdi ki, onlarla Özbəkistan vətəndaşı iyulun 16-17-də Samara regionunun Sızran şəhərində qidalanma zəhərləməsi simptomu ilə xəstəxanaya yerləşdirilib.

İyulun 22-də Özbəkistan XİN xəstəxanaya yerləşdirilənlərin 69 nəfər olduğunu bildirmişdi.

Onların arasında bir uşaq da vardı.

Bəyanatda deyilirdi ki, kütləvi zəhərlənmə faktı ilə bağlı təhqiqata başlanıb.

Nazirlik avqustun 15-də bildirirdi ki, 48 Özbəkistan vərtəndaşı hələ də Samara xəstəxanasındadır.

Özbəkistan XİN-in məlumatında bu da deyilirdi ki, özbək miqrantlar Koşelovka kəndində işləyirdilər.

Məlumatda bildirilirdi ki, miqrantlar kənd sakinlərindən ayrı yaşayır və öz yeməklərini özləri hazırlayırdılar.

XS
SM
MD
LG