Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Rusiyada ölüm göstəricisi son 9 ildə ən yüksək həddə çatıb


Omsk qəbirstanlığı
Omsk qəbirstanlığı

Rusiyada 2020-ci il yanvar-oktyabr ayları arasında ölüm göstəricisi son 9 ildə ən yüksək həddinə çatıb.

Bu barədə hesablamanı Rusiya statistikası idarəsi Rosstatın rəqəmləri əsasında RBK agentliyi aparıb.

Xəbər verilir ki, son illərdə Rusiyada ölüm göstəricisi düşməkdə idi, lakin kəskin artım yeni tip koronavirus pandemiyasının vaxtına düşdü.

2020-ci ilin yanvar-oktyabr aylarında Rusiyada ölüm göstəricisi hər 10 min nəfərə 113, 2 nəfər olub.

Bu, ötənilkindən 10 faiz artıqdır, 2010-cu ildən bəri isə maksimum rəqəmdir. 2010-cu il üçün ölüm göstəricisi hər 10 min nəfərə 119, 3 nəfər idi.

Həmin il ölüm göstəcisi yayın həddən artıq isti keçməsi ilə bağlı idi.

Lakin 2010-cu ildən bəri Rusiyada ölüm göstəricisi hər il düşürdü.

2019-cu ilin yanvar-oktyabr ayları üçün ölüm göstəricisi 102, 9 nəfər idi. Bu, 2010-cu ilin müvafiq dövründən 13, 7 faiz az olmuşdu.

RBK-nın hesablamasına görə aprel-oktyabr ayları üçün izafi ölüm 140 min nəfər təşkil edib.

Mediazonanın göstəricilərinə görə bu rəqəm 120 mindir.

Bilinməyən ölümlər

Rosstatın məlumatına görə 2020-ci ildəki 78 min 600 ölüm əsasən koronavirusa yoluxanların payına düşür.

Rəsmi orqanlar daha 62 min ölümün səbəbini izah etmir. Bunlar qeydə alınmayan koronavirus ölümlərinə görə, ya da dolayısı ilə koronavirus yoluxmaları ilə bağlı başqa xəstəliklərə görə ola bilərdi.

Beləki pandemiya ilə bağlı xəstəxanaların həddən artıq dolması başqa xəstələri vaxtlı-vaxtında müalicə və tibbi yardımdan məhrum edə bilərdi.

Rusiyanın Operativ Qərargahının məlumatına görə ölkədə koronavursla bağlı 48 min 564 nəfər vəfat edib.

Ümumilikdə isə virusa 2 milyon 734 min 454 nəfər yoluxub, bunlardan 2 milyon 176 min 100 nəfər sağalıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG