Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 16:40

Rusiya Suriyada zabitlərinin ölməsini inkar edir


Xan Şeyxun şəhəri bugün
Xan Şeyxun şəhəri bugün

Vedomosti qəzeti ərəb xəbər saytlarından Al-Masdar News agentliyinə istinadən xəbər verir ki, Suriyada Rusiyanın üç hərbçisi həlak olub, daha iki hərbçi yaralanıb.

Vedomosti qəzetinin xəbərində deyilir ki, Rusiya zabitləri sentyabrın 4-də Suriya hökumətinin nəzarətində olan Curin yaşayış məntəqəsi rayoununda həlak olublar.

İlkin məlumata görə bu ərazidə iki mina partlayışı baş verib. Vedomosti bildirir ki, zabitlər qəlpə yaraları alıblar.

Al-Masdar bu xəbərin mənbəyi kimi Türkiyənin dəstəklədiyi islamçı Cəbhət ən-Nüsra qruplaşmasının döyüşçülərini göstərib.

Qruplaşmanın üzvləri israr edirlər ki, hərbçilər İdlib qəzasının şərqindəki Əcaz məntəqəsində onların pusqusuna düşüblər.

İslamçılar deyirlər ki, zabitlər bu bölgədə hücum əməliyyatına hazırlaşırdılar.

Rusiyanın Müdafiə Nazirliyi zabitlərin ölümü barədə xəbərləri təkzib edir.

AzadlıqRadiosu yazır ki, burada söhbət iki ayrı-ayrı insidentdən gedir.

Conflict Intelligence Team araşdırma qrupu bildirir ki, Əcaz və Curin məntəqələri arasındakı məsafə 60 kilometrdir.

Avqustun 31-də Surirya hökuməti İdlib qəzasındakı deeskalasiya zonasında birtərəfli qaydada atəşkəs rejimi elan edib.

Lakin bu bəyanat Xan-Şeyxun şəhəri Suriya qoşunlarının əlinə keçdikdən sonra verilib.

Rusiya Suriyada hərbi əməliyyatlara 2015-ci ilin payızında başlayıb. Moskva Suriya prezidenti Bashar al-Assad-ın hökumət qoşunlarına dəstək verir.

Suriyada Rusiya təyyarəçilərindən başqa Rusiyanın hərbi müşavirləri və hərbi polisi də var.

Bir çox mənbələrdən alınan məlumatlara görə Suriyada rəsmən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəsi olmayan özəl hərbi təşkilatların muzdluları da yerləşdirilib.

Rəsmi məlumatlara görə Suriyadakı hərbi əməliyyatlarda 40-a yaxın Rusiya hərbçisi həlak olub.

Daha 50 nəfər qeyri-döyüş əməliyyatlarında ölüb.

Bu rəqəmlərə Rusiyanın özəl Vaqner hərbi şirkəti muzdluları daxil deyil.

Bəzi məlumatlara görə bu təşkilatın Suriyadakı itkiləri qat-qat çoxdur.

XS
SM
MD
LG