Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 15:32

Rusiya Qərbi Yerusəlimi İsrailin gələcək paytaxtı kimi tanıdı


Vladimir Putin (sağda) Benjamin Netanyahu ilə martın 9-da, Moskvada görüşmüşdü

Rusiya XİN İsrail mediasının “gözlənilməz, misilsiz və maraqlı” kimi qiymətləndirdiyi bəyanatı ilə Qərbi Yerusəlimə İsrailin və Şərqi Yerusləmə isə Fələstin dövlətinin gələcək paytaxtları kimi baxdığını bildirib.

AzadlıqRadiosu yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatı Moskvanın Yaxın Şərq siyasətinin dəyişdiyini göstərir.

Bundan əvvəl Moskva deyirdi ki, Yerusəlim daim beynəlxalq nəzarət altında olmalıdır.

Yerusəlim şəhəri
Yerusəlim şəhəri

İsrail-Fələstin münaqişəsinin həlli platforması kimi iki dövlət prinsipini qəbul edən XİN-in bəyantında deyilir ki, Moskva Fələstin-İsrail münaqişəsinin çözümü üçün BMT tərəfindən qəbul edilmiş prinsiplərə sadiq qalır.

Bu prinsiplərə görə Şərqi Yerusəlim Fələstin dövlətinin paytaxtı kimi tanınıb. Lakin indi, Moskva “bu konteksdən yanaşaraq” hesab edir ki, Qərbi Yerusəlim də İsrailin paytaxtı olmalıdır.

Fələstinlilər “Qüds” adlandırdıqları Yerusəlimi gələcək dövlətlərinin paytaxtı kimi görürlər. İsrail Şərqi Yerusəlimi ilhaq edərək şəhəri bütövlükdə İsrailin paytaxtı elan edib.

İsrailin bu addımı beynəlxalq birlik tərəfindən heç vaxt tanınmayıb.

Fərqli prezidentlərdən fərqli münasibət

1948-ci il planına əsasən Yerusəlimdə BMT-nin administrasiyası altında olan “xüsusi beynəlxalq rejim” fəaliyyət göstərməlidir. Lakin bu plan praktikada heç vaxt qüvvəyə minməyib.

ABŞ-ın 1995-ci il tarixli “Yerusəlimdə Səfirlik Qanunu” şəhəri İsrailin paytaxtı kimi tanıyır, lakin bu qanun da heç vaxt qüvvəyə minməyib.

ABŞ-ın İsraildəki səfirliyi Tel Əvibdə yerləşir
ABŞ-ın İsraildəki səfirliyi Tel Əvibdə yerləşir

Prezidentlər Bill Clinton, George W. Bush və Barack Obama Yerusəlimi İsrailin paytaxtı hesab etmirdilər və Konqresdə qəbul edilmiş qanunu hakimiyyətin icra qolunun səlahiyyətlərinin mənimsənilməsi kimi qiymətləndirirdilər.

İsrail Yerusəlimi öz paytaxtı hesab etsə də, demək olar bütün ölkələrin səfirlikləri münaqişə həllini tapanadək Tel Əvivdə yerləşdirilib.

Yerusəlimin gələcək statusu həssas məsələdir və Donald Trump ABŞ səfirliyini Tel Əvivdən Yerusəlimə keçirəcəyini bəyan edəndən bəri bu məsələ yenidən diqqət mərkəzinə gəlib. ABŞ səfirliyinin Yerusəlimə keçirilməsi bu şəhərin İsrailin paytaxtı kimi tanınması demək olardı.

Ötən fevralda Vaşinqtonda baş nazir Benjamin Netanyahu ilə görüşündə Donald Trump demişdi ki, o səfirliyin Yerusəlimə köçürülməsini “çox istərdi”.

Trump-ın bu bəyanatı fələstinliləri və onların müttəfiqlərini qəzəbləndirmiş və ABŞ prezidenti bu təklifdən geri çəkilmişdi.

Yarısı hamısı deyil axı...

Times of Israel qəzeti Rusiyanın bəyanatını “gözlənilməz, misilsiz və maraqlı” adlandırıb, lakin İsrailin Xarici İşlər Nazirliyi isə bu məsələni öyrənəcəyini bildirib.

Məsələ burasındadır ki, İsrail Yerusəlimin yarısını yox, hamısını öz paytaxtı hesab edir.

Times of Israel qəzeti də yazır ki, “yalnız Qərbi Yerusəlimin İsrailin paytaxtı kimi tanınması onun Qədim şəhər də daxil Şərq hissəsinin İsrailə aid olmadığını deməyə bərabərdir”.

İsrail Şərqi Yerusəlimi 1967-ci ildə işğal etdikdən sonra anneksiya edib.

“The Jerusalem Post” qəzeti Moskvaının bəyanatını “gözlənilməz” adlandırıb.

Xəbər verilir ki, Rusiyanln İsraildəki səfiri yaxın günlərdə Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşərək bu bəyanatı müzakirə edəcək.

Bu da xəbər verilir ki, Rusiya hazırda öz səfirliyini Yerusəlimə köçürməyi planlaşdırmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG