Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:21

ABŞ Ukraynaya görə Moskva üzərinə yeni sanksiyalar elan edir


Birləşmiş Ştatlar Ukraynanın şərqində Rusiya tərəfindən törədilmiş münaqişə ilə bağlılığına görə 21 fərdin və 9 şirkətin üzərinə yeni sanksiyalar elan edib.

Yanvarın 26-da bu yeni sanksiyaların elan edilməsi ABŞ-ın Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin Kremldəki həmkarı ilə görüşüb müzakirə aparacağı günə təsadüf edib.

Bu arada həm də ABŞ dövlət katibi Rex Tillerson Davosda keçirilən Dünya İqtisadi Forumunun əsnasında Ukrayna prezidenti ilə görüşüb.

Rusiya 2014-cü ildə Krımı qanunsuz ilhaq edəndən və şərqi Ukraynada separatçı münaqişəyə yol açandan bəri Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyanın çox sayda şirkətlərinə, habelə Rusiyada bu münaqişəyə bağlılığı olan fərdlərə və Ukraynadakı separatçı liderlərə qarşı aktivlərin dondurulması, viza qadağanı və maliyyə məhdudlaşdırması kimi çoxsaylı sanksiyalıar qoyub.

Özünün son qərarı ilə ABŞ Maliyyə Nazirliyi Ukraynanın şərqindəki 11 yüksək vəzifəli separatçı rəsmiyə sanksiyalar elan edib.

Sanksiyalar siyahısına salınanların arasında enerji nazirinin müavini Andrey Çerezov da daxil Rusiya rəsmiləri də var. Bu şəxslər Krıma qanunsuz olaraq elektrik turbinlərinin göndərilməsində ittiham edilirlər.

Bu turbinlər Almaniyanın Siemens mühəndislik nəhəngi tərəfindən Rusiya üçün istehsal edilib, lakin Moskva qurğunu şirkətin icazəsi olmadan ilhaq edilmiş Krıma göndərib.

Siemens bu hərəkətinə görə Moskvanı məhkəməyə verdiyini bildirir.

Yeni sanksiya siyahısına habelə Rusiyanın neft hasilatçısı Surqutnefteqazın çoxsaylı filialları da daxil edilib.

Lakin Rusiyaya qarşı ən ağır və ən geniş sanksiyaların yanvarın 29-dək elan ediləcəyi gözlənilir. Bu sanksiyalar Kreml daxilindəki fiqurları və daha geniş miqyasda Rusiya şirkətlərini hədəfləməlidir.

Sözü gedən sanksiyalar Konqresin Rusiyanın ABŞ seçkisinə müdaxiləsi ilə bağlı qəbul etdiyi qanuna əsasən hazırlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG