Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Rusiya hökuməti Yandex-dən şifrə açarlarını tələb edir


Rusiyanın ən böyük internet axtarış mühərriki Yandex özünün şifrə açarlarını hakimiyyət orqanlarına təqdim etməkdən imtina edib. Bu açarlar Rusiyanın hüquq-mühafizə orqanlarına Yandex-dən keçən bütün e-mail axınının şifrəsini açmaq imkanı verə bilərdi.

RBC agentliyi iyunun 4-də xəbər verib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti şifrə açarlarını bir neçə ay bundan əvvəl tələb edib.

Yandex ehtiyat edir ki, şifrə açarlarının hüquq-mühafizə orqanlarına verilməsi onun istifadəçilərinin ABŞ-ın Google mühərrikinə üç tutmasına səbəb ola bilər.

Yandex-in səhmləri rəsmi olaraq Nyu York birjasında dövriyyə edir.

Yandex bildirir ki, hər hansı müəyyən mesajların açılması üçün informasiyanın verilməsi Rusiya qanunlarına görə məqbul olsa da, şirkət özünün bütün şifrə açarlarını FTX-yə verə bilməz.

Rusiya son illərdə internet üzərindəki nəzarətini artırmağa çalışır. Prezident Vladimir Putinin tənqidçiləri bunun fərqli düşüncənin qarşısını almaq məqsədi güddüyünü deyirlər.

Rusiyada bütün telekanallar və çap mediası hökumətin nəzarətində olsa da, internet nisbətən nəzarətsiz qalır.

Rusiya indi Yandex, Telegram və Tinder kimi 170 “informasiya yayıcısından” öz vətəndaşlaırna aid informasiyanın Rusiya ərazisindəki serverlərdə yerləşdirilməsini tələb edir.

Rusiyada media və kommunikasiyalara dövlət nəzarəti komitəsi – Roskomnadzor Tinder-i özünün “narahatlıq doğuran vahidlər” siyahısına daxil edib.

Yandex deyib ki, Rusiya qanunlarının bütün narahatlığını başa düşür, lakin eyni zamanda məxfiliyin qanunu pozmadan qorunmasının mümkün olduğuna inanır.

Roskomnadzaor ötən il Telegram platformasını özünün şifrə açarlarını dövlət orqanlarına təqdim etməkdən imtinasına görə bloklamamağa çalışmışdı. O həmçinin Microsoft-un Linkedln saytını bloklamışdı. Komitə habelə Facebook və Twitter-i Rusiya qanunlarını pozduğuna görə cərimə etmişdi.

Ekspertlər inanırlar ki, Rusiya Telegram-dan fərqli olaraq Yandex-i bloklamaq kimi addım atmayacaq və nəticədə tərəflər arasında kompromis tapılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG