Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:54

Rusiya XİN rəsmisi Azərbaycan hərbçisinin meyitinin qaytarılmamasından danışıb


Rusiya XİN-nin sözçüsü Maria Zakharova, Moskva, 10 fevral 2016
Rusiya XİN-nin sözçüsü Maria Zakharova, Moskva, 10 fevral 2016

"Bu faciəvi insident Azərbaycanla Ermənistan arasında baş verib. Hesab edirik ki, iki ölkə özündə müdriklik, güc və diplomatik imkan tapıb, bu problemi həll etməlidir".

Bunu yanvarın 14-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova APA-nın "Ermənistan bütün çağırışlara məhəl qoymayaraq, ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən insident zamanı həlak olmuş Azərbaycan hərbçisinin cəsədini qaytarmır. Rusiya XİN-in buna münasibəti necədir" sualına cavabında deyib.

M. Zaxarova deyib ki, ölkələr bu çətin situasiyanı həll etməlidir. "Bu problemin açarı hər iki tərəfin əlindədir", - deyə o bildirib.

Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədinin Qazaxdan keçən hissəsində baş verən silahlı toqquşmada həlak olub.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə,ATƏT-inMinsk Qrupuna , o cümlədən ATƏT-infəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Ermənistan hakimiyyəti Azərbaycanəsgərinin meyitinin nəyə görəqaytarılmaması ilə bağlı Avropa şurasının baş katibi Yagland Turbornun çağırışına hələ də cavab verməyib.

Parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan Azadlıqradiosunun Ermənistan xidmətinəbildirib ki, onlar bu məsələni “vaxtı gələndə”şərh edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG