Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 13:10

Rusiya Ədliyyə Nazirliyi AzadlıqRadiosuna xəbərdarlıq edib


Rusiya parlamentinin spiker müavini Pyotr Tolstoy deyib ki, yeni qanun "mətbuat azadlığını təsirləndirməyəcək"
Rusiya parlamentinin spiker müavini Pyotr Tolstoy deyib ki, yeni qanun "mətbuat azadlığını təsirləndirməyəcək"

Rusiya parlamentinin aşağı palatası hökumətə xaricdən maliyyələşən medianı “xarici agent” kimi qeydiyyata almaq icazəsi verən qanunu yekdilliklə qəbul edib.

Bu qanunun qəbulundan bir neçə saat sonra Rusiyanın Ədliyyə Nazirliyi AzadlıqRadiosunun azı üç xəbər xidmətinə xəbərdarlıq göndərib.

Bu barədə nazirliyin məktubunda potensial məhdudiyyətlərin nədən ibarət olacağı göstərilməsə də, millət vəkilləri bildiriblər ki, söhbət media qurumlarından təfərrüatlı maliyyə hesabatının istənməsi və dərc olunan materialların “xarici agent” tərəfindən hazırlandığının göstərilməsi tələbindən gedə bilər.

Amnesty International təşkilatı bildirib ki, Dövlət Dumasının qəbul etdiyi bu qanunvericilik aktı Rusiyada mətbuat azadlığına güclü zərbə olacaq.

Dövlət Dumasının bu qərarından iki gün əvvəl Ruisyanın RT telekanalı Birləşmiş Ştatlarda xarici agentlərə dair qanuna uyğun olaraq qeydiyyatdan keçmişdi.

Rusiya rəsmiləri “xarici agent” kriteriyasının AzadlıqRadiosundan başqa, həm də CNN, Amerikanın səsi və Almaniyanın Deutsche Welle kanalı da daxil, bir sıra xarici media qurumlarına şamil edilə biləcəyi barədə xəbərdarlıq vermişdilər.

Bundan əvvəl noryabrın 15-də Dumanın spikeri Vyaçeslav Volodin qanunvericilik aktını ABŞ-da Rusiya jurnalistlərinin sıxışdırılmasına “simmetrik cavab” adlandırmışdı. Duma spikerinin müavini Pyotr Tolstoy isə demişdi ki, qanun “Rusiyada söz azadlığını qətiyyən təsirləndirməyəcək”.

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası sözü gedən qanuna noyabrın 22-də baxacaq. Qanun bundan sonra imzalanma üçün prezident Vladimir Putinə göndəriləcək.

Lakin qanun hələ bu prosedurlardan keçmədən, Əliyyə Nazirliyi AzadlıqRadiosunun Rus xidmətinə və radionun rusdulli Tatar-Başqırd xidmətinin Idel.realii internet layihələrinə xəbərdarlıq məktubları göndərib.

AzadlıqRadiosunun Amerikanın səsi ilə birgə telelayihəsi olan Current Time proqramına da xəbərdarlıq məktubu göndərilib.

Məktublarda heç bir konkret məhdudlaşdırıcı tədbirlər göstərilmir.

Moskva bu tədbirləri Rusiyanın RT telekanalının və Sputnik xəbər şəbəkəsinin ABŞ-da sıxışdırılmasına cavab olaraq gördüyünü bildirir.

Noyabrın 15-də yaydığı bəyanatda AzadlıqRadiosu bildirib ki, ABŞ-dakı Rusiya media qurumları ilə Rusiyadakı ABŞ media qurumlarının imkan və sərbəstlikləri arasında böyük fərqlər mövcuddur.

Məsələn RT və Sputnik ABŞ-da azad şəkildə yayımlanmaq imkanına malik olduqları halda, AzadlıqRadiosu inzibati basqılar üzündən Rusiyadakı bütün filiallarını itirib.

Duma eyni zamanda kütləvi infromasiya vasitələrinə dair qanuna da düzəlişlər edib. Bu düzəlişlər Rusiya hökumətinə “arzuolunmaz” internet saytlarının bloklanması səlahiyyətini verir.

Hazırda Rusiya ərazisindəki 11 qeyri-mənfəət təşkilatı “arzuolunmaz” elan edilsə də, onlardan heç birinin internet saytları bloklanmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG