Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:07

Rusiya daha bir ABŞ təşkilatını ‘qara siyahıya’ salır


Rusiya Ədliyyə Nazirliyi
Rusiya Ədliyyə Nazirliyi

Rusiya ABŞ-da mənzillənmiş ətraf mühiti müdafiə Pacific Environment qrupunu “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib.

Beləliklə avqustun 28-də Rusiya Ədliyyə Nazirliyinin qara siyahısına daha bir Qərb təşkilatının adı əlavə olunub.

Ötən həftə Rusiya Baş Prokurorluğunun verdiyi təqdimatda Pacific Environment qrupunun “Rusiyanın konstitusiya əsasları və dövlət təhlükəsizliyi üçün hədə” olduğu bildirilmişdi.

San Franciskoda mənzillənmiş bu təşkilat Rusiyanın Sibir, Uzaq Şərq və Arktik regionlarında işləyir, yerli təşkilatlara maliyyə dəstəyi verir, Primorsk diyarında kökü kəsilməkdə olan canlılar barədə maarifçilik işi aparır və Saxalin adasının neftlə çirklənməsini öyrənirdi.

Təşkilat bu xəbərə hələlik heç bir şərh verməyib.

Pacific Environment Rusiyada 2015-ci ildə qəbul olunmuş qanun əsasında qara siyahıya salınmış 15-ci təşkilatdır.

Bu siyahıda əsasən ABŞ-ın National Endowment for Democracy kimi demokratiyanı təbliğ edən təşkilatları çoxluq təşkil edir. Rusiyada fəaliyyəti qadağan olunmuş qrupların arasında ABŞ milyarderi George Soros-un və neft maqnatı Mikhail Khodorkovsky-nin maliyyələşdirdiyi təşkilatlar da var.

Bütün bu təşkilatların qadağan olunması üçün əsas olan “xarici agent qanunu” üç il əvvəl qəbul edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG