Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Rusiya veteranları ‘muzdlularla’ bağlı Beynəlxalq Məhkəməyə müraciət ediblər


Yevgeny Shabayev
Yevgeny Shabayev

Rusiya hərbi veteranları cəmiyyətlərini birləşdirən təşkilat Rusiya özəl təhlükəsizlik firmalarının iddia olunan muzdlu fəaliyyətinin araşdırılması xahişi ilə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edib.

Ümumrusiya Zabitlər Assambleyasının başçısı Yevgeny Shabayev noyabrın 19-da AzadlıqRadiosuna deyib ki, təşkilat noyabrın 18-də Moskvada keçirilən yığıncağında BCM prokuroru Fatou Bensouda-ya müraciəti qəbul edib.

AzadlıqRadiosu yazır ki, BCM-in üzvü olmayan Rusiya barədə müraciətə necə baxılcağı bəlli deyil.

BCM-in yurisdiksiyası yalnız bu məhkəməyə üzv ölkənin ərazisində baş verəndə və ölkənin öz hökuməti ağır cinayəti araşdırmaqdan imtina edəndə və ya buna qabil olmayanda işə düşür.

Rusiya hökuməti özəl hərbi müqaviləlilərin xaricdəki fəaliyyətini tanımır və Rusiya qanunları ilə hərbi müzdlular qadağandır. Lakin Moskva iddia edir ki, xarici münaqişələrdə döyüşən Rusiya vətəndaşları bunu öz iradələri ilə edirlər və onların Rusiya hərbiyyəsi ilə heç bir əlaqəsi yoxdur.

Amma Rusiya veteranlarının müxtəlif qrupları iddia edirlər ki, son üç ildə şərqi Ukrayna, Suriya, Liviya, Mərkəzi Afrika Respublikası, Qabon, Sudan, Cənubi Sudan, Yəmən və başqa yerlərdəki münaqişələrdə muzdlu kimi qulluq etmiş “Rusiya vətəndaşlarından minlərlə şikayət alıblar”.

Shabayev AzadlıqRadiosuna deyib ki, onun təşkilatı BCM-in təhqiqatı başlanarsa, ifadə verməyə hazır olan adamları müəyyən edib.

Veteran qruplarının BCM-ə məktubuna görə “özəl hərbi firmaların işçiləri bilərəkdən leqal statuslarından məhrum edilirlər ki, hökumətin veteranlara verdiyui müavinətlərdən məhrum edilsinlər və lazım gəldikdə onları qanunla mühakimə etmək mümkün olsun”.

Veteranlar israr edirlər ki, hərbu muzdlulardan bu şəkildə istifadə olunması BCM-in Roma Statutunun 7 Maddəsinin pozulmasıdır. Bu müddəa “adamların hüquqi müdafiədən məhrum edilməsi məqsədi ilə məcburi itkinliyini” qadağan edir.

Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü Sergei Krivenko AzadlıqRadiosuna deyib ki, o veteranların BCM-ə müraciətini alqışlayır:

"Bu problem ona görə mövcuddur ki, dövlət özəl firmalar vasitəsilə muzdlulardan hərbi münaqişələrdə istifadə edir və bu zaman özünü bu prosesdə iştirak etməyən kimi göstərir. Biz ya özəl hərbi firmaları döyüşçülərin mənafeyi naminə leqallaşdırmalı, ya da onları muzdlular barədə qanuna müvafiq olaraq mühakimə etməliyik. Amma bunlardan heç biri baş vermir”.

XS
SM
MD
LG