Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:51

Rusiyanın tanınmış vəkili Gürcüstana qaçıb


İvan Pavlov

İvan Pavlov sentyabrın 7-də Telegram kanalında verdiiyi məlumata görə hazırda Gürcüstandadır

Rusiyanın ən görkəmli insan haqları müdafiəçilərindən biri hakimiyyət orqanları onun barəsində məxfi məlumatın açıqlanması ittihamı üzrə cinayət işi açandan sonra ölkədən qaçıb.

Son vaxtlarda adı jurnalist İvan Safronovun vəkili kimi hallandırılan İvan Pavlov sentyabrın 7-də Telegram kanalında verdiiyi məlumata görə hazırda Gürcüstandadır.

O bildirir ki, bu cinayət işi ilə bağlı onun üzərinıə qoyulmuş məhdudiyyətlər vəkil fəaliyyətini mümkünsüz edir:

"Mənə bütün kommunikasiya vasitələri, internet, müştərilərim və bəzi həmkarlarımla təmas qadağan olunub. Ümumilikdə məni vəkilin öz fəaliyyətini davam etdirməsi üçün lazım olan hər şeydən məhrum ediblər. Qadağanlar yalnız bir məsələyə aid deyildi: Bu, ölkəni tərk etmək imkanı idi. Əslində bu həmin yolun mənə göstərilməsi idi”.

Pavlov əlavə edir ki, gələcəkdə Rusiyaya qayıtmağı planlaşdırır.

Vəkil İvan Pavlova qarşı cinayət işi onun müdafiə etdiyi jurnalist İvan Safronobun işi üzrə məxfi məlumatın yayılmasına görə açılıb.

Pavlov bu ittihamı siyasi motivli sayır və rədd etdiyini bildirir.

Safronov nədə ittiham olunur?

Rusiyanın Roskosmos dövlət agentliyinin başçısı Dmitri Roqozinin keçmiş müşaviri İvan Safronov 2020-ci ilin iyulunda həbs olunub və ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

Əvvəllər jurnalist kimi fəaliyyət göstərən Safronovu 2017-ci ildə Rusiyanın Yaxın Şərqə silah satışına dair məxfi məlumatları Çex Respublikasına ötürməkdə ittiham edirlər.

Safronov ona qarşı ittihamları rədd edib. Onun hüquqlarını müdafiə edən həmkarları və başqa fəallar çoxsaylı etiraz piketləri keçiriblər.

Safronovun müdafiəçiləri iddia edirlər ki, hakimiyyət bilərəkdən jurnalistin çıxışı olan bütün materialları “məxfi” kimi təsnifatlandırıb.

Rusiyada son aylar ərzində fərqli düşüncəyə və müstəqil mediaya qarşı əsl repressiya siyasəti aparılır.

Onlarca müxalifətçi, fəal və adi vətəndaş qondarma ittihamlarla həbs edilib.

Rusiyada, xüsusən də alim və tədqiqatçılara qarşı dövlətə xəyanət ittihamları irəli sürülüb.

Adətən bu adamların hüquqlarını müdafiə edən hüquqşünaslar da repressiyaya məruz qalırlar.

Beynəlxalq insan haqları təşkilatları Safronovun dərhal azadlığa buraxılması və Rusiyada fərqli düşüncəyə qarşı repressiyaların dayandırılmasını tələb ediblər.

Şərhlər

XS
SM
MD
LG