Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:34

Meksika Rusiya vaksinini alacaq


Müdafiə naziri Şoyquya Rusiya vaksini vurularkən
Müdafiə naziri Şoyquya Rusiya vaksini vurularkən

Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib ki, Meksikanın Landsteiner Scientific şirkəti ilə Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksininin 32 milyon dozasının alınması barədə saziş imzalayıb.

Fond sentyabrın 9-da deyib ki, vaksin dozalarının Meksikaya göndərilməsinə noyabr ayından başlanacaq.

Fond bildirir ki, Meksikada Sputnik V preparatının satıcısı Landsteiner Scientific şirkəti olacaq.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib ki, bu vaskini hazırlamış Qamaleya adına institut preparatın başqa ölkələrə satıla biləcəyini elan edib.

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Muxtar Tleuberdı ilə danışıqları zamanı bildirib ki, iki ölkə arasında Rusiya vaksininin test və peyvəndləmə məqsədilə Qazaxıstana verilməsi barədə razılaşma əldə olunub.

Rusiyada vaksinin ilk partiyası əhalinin peyvəndlənməsi üçün dövriyyəyə sentyabrın 8-də buraxılıb.

Bu da xəbər verilir ki, vaksindən ölkə boyunca peyvəndləmə üçün gələn aydan istifadə ediləcək.

Vaksin tam sınaqdan çıxmasa da

Rusiya öz vaksininin tam sınaqdan keçirilməməsinə baxmayaraq avqustun 11-də onu rəsmi qeydiyyata alıb.

Həmin vaxt Rusiya prezidenti Vladimir Putin demişdi ki, vaksin immunitet yaradır və hətta onun qızlarından biri bu vaksinlə peyvənd olunub.

Rusiyanın Sputnik V vaksininin ilkin iki faza üzrə sınaqlarının nəticələri Lancet jurnalında dərc olunub.

Qamaleya adına institut və Binnopharm şirkəti sözü gedən vaksinin kütləvi istehsalına avqustun 15-də başlayıb.

Dünya alimləri Rusiya vaksininin effektivliyi və təhlükəsizliyindən narahatlıq ifadə ediblər.

Rusiyanın özündə də bir çox alimlər vaksinə şübhə ilə yanaşırlar.

Rusiyada indiyədək koronavirusa 1 milyon yoluxma qeydə alınıb.

Bu müddətdə COVID-19-dan 18 min insan vəfat edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG