Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:23

MQİMO-da peyvənd tələbi


Moskvada vaksinasiya mərkəzi
Moskvada vaksinasiya mərkəzi

Özbəkistan koronavirusa görə kütləvi tədbirləri məhdudlaşdırıb

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) rəhbərliyi inzibati-təsərrüfat və təhsil-köməkçi hissələr daxil olmaqla bütün əməkdaşlardan vaksinasiyadan keçməyi tələb edir.

Peyvənd ikidozalıdırsa birinci dozasının iyulun 15-i, ikincinin isə avqustun 15-dək vurdurmaq tələbi qoyulub. Əks halda rəhbərlik əməkdaşları işə buraxmamaq, əməkhaqqından məhrum etməklə hədələyib. Ötən gün – iyulun 7-də M.V.Lomonosov adına Moskva Dövlət Universiteti də oxşar addımlar atıb.

Sobyaninə müraciət

Sahibkarlar isə Moskvanın meri Sergey Sobyanindən əməkdaşlar üçün məcburi vaksinasiya müddətini bir ay uzatmağı istəyirlər. Onların bildirməsinə görə, birinci dozanın vurulması növbəsi avqustadək uzanıb və “mümkün vaksin sayı əhəmiyyətli dərəcədə azalır”. Bizneslər vaksin olunmamış əməkdaşlara görə 50 mindən bir milyon rubladək cərimə ödəməlidirlər.

Sobyanin iyunun 16-da ticarət, xidmət, ictimai nəqliyyat, təhsil və səhiyyə sektorlarında çalışanların azı 60 faizinin məcburi peyvənd olunması göstərişi verib.

Merin iyulun 5-də bildirməsinə görə, Moskvada artıq 3 milyon nəfərə COVID-19 vaksinlərinin birinci dozası vurulub.

İİV xəstələri

İİV infeksiyalı şəxslər də vaksinasiyada problemlə üzləşiblər. “СПИД.Центр” fondu Səhiyyə naziri Mixail Muraşkoya müraciətində 700 pasiyentdən 30-na İİV-ə görə vaksin vurulmadığını bildirir. Amma bu diaqnoz heç də COVID-19-a qarşı peyvəndləmədə əks göstəriş sayılmır.

Bu arada son sutkada Rusiyada koronavirusdan 737 nəfərin öldüyü bildirilir. Bu, epidemiya başlanandan maksimum rəqəmdir. Ölümlərin çoxu Moskva və Sankt Peterburqda qeydə alınıb. Amma böyük şəhərlərdə xəstəlikdən ölüm iyunun sonundakı maksimum saydan azdır.

Ümumilikdə operativ qərargah pandemiyanın əvvəlindən Rusiyada bu xəstəlikdən 139 mindən çox insanın öldüyünü bildirir. Rosstat-ın məlumatına görə, 2021-ci il aprelin sonunadək COVID-19-dan 270 min nəfər ölüb. Rosstat hətta virusun əsas ölüm səbəbi olmadığı halları belə ümumi statistikaya salır. Ölkədə aşkarlanmış yoluxma sayı isə 5.6 milyondan çoxdur.

Koronavirusun delta ştammı artıq Rusiyada sürətlə yayılmaqdadır.

Özbəkistan

Bu arada Özbəkistan koronavirusa görə kütləvi tədbirləri məhdudlaşdırıb. Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Söhbət istənilən bayram tədbirləri, idman yarışları, konsert, festival, teatr və kino proqramlarından gedir. Qadağa həm qapalı, həm açıq məkanlara aiddir.

İdman yarışlarının izləyicisiz keçirilməsinə icazə verilir.

Avqustun 1-dən Özbəkistanda toy, yas, digər ailə tədbirlərinin keçirilməsi zamanı sanitar-gigiyena normalarına nəzarət gücləndirilir, iştirakçıların sayı 50 nəfərlə məhdudlaşdırılır.

Bu il mayın 1-dən qapalı zallarda konsert və tamaşalar qadağan olunub.

Rəsmi statistikaya görə, hər gün Özbəkistanda azı 460 yoluxma aşkarlanır.

XS
SM
MD
LG