Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:16

Rusiya ‘vətənpərvərlik tərbiyəsinə’ 3 ildə 400 milyon dollar xərcləyəcək


Rusiyalı uşaqlar ilhaq edilmiş Krımın Sevastopol şəhərindəki desant bazasında
Rusiyalı uşaqlar ilhaq edilmiş Krımın Sevastopol şəhərindəki desant bazasında

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, Rusiya büdcəsindən “vətənpərvərlik tərbiyəsi və vətəndaş kimliyinin formalaşdırılması” məqsədilə 26 milyard rubl (404 milyon dollar) xərclənəcək.

Bu barədə “2020-ci ilin büdcəsi və 2021-2022-ci illərin plan dövrü üçün büdcəsi” qanununun əlavəsindən məlum olur.

Beləliklə, 400 milyon dolların üç il müddətində xərclənməsi nəzərdə tutulub.

Xərclər bir neçə məqsədli proqramlara bölünüb və proqramların adların olduqca bənzərdir.

Bu proqramların icrası üçün hansı tədbirlərin keçiriləcəyi göstərilmir.

Məsələn, hökumət dövlət büdcəsindən 20 milyard rublun (311 milyon dollar) “gənclərin təşəbbüslərinin dəstəklənməsinə və vətənpərvərlik tərbiyəsinə” xərclənməsini nəzərdə tutub.

Daha 1 milyard rubl (15, 5 milyon dollar) “Rusiya vətəndaşlarının vətənpərvərlik tərbiyəsi tədbirlərinə” xərclənməlidir.

Bu xərclərin bir-birindən prinsipial fərqi bəlli olmur.

Habelə hər il 800 milyon rublun (12 milyon dollar) internetdə “vətəndaş kimliyinin və gənclər arasında mənəvi dəyərlərin möhkəmləndirilməsi məqsədilə kontentlərin yaradılmasına və yayılmasına” xərclənməsi nəzərdə tutulub.

Bundan başqa “qeyri-kommersiya təşkilatlarının Rusiya xalqlarının mənəvi və mədəni dəyərləri əsasında Rusiya vətəndaş kimliyinin möhkəmləndirilməsinə yönəlmiş layihələrinə” hər il 300 milyon rubl (4, 5 milyon dollar) xərclənməsi planlaşdırılır.

XS
SM
MD
LG