Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 00:04

Vaşinqton və Moskva nüvə silahı danışıqlarında irəliləyiş olduğunu deyirlər


ABŞ prezidentinin silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marshall Billingslea
ABŞ prezidentinin silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marshall Billingslea

Birləşmiş Ştatlar Rusiya ilə nüvə silahlarına nəzarəti Çinin müzakirəyə dəvət edilməsi ilə genişləndirməyə çalışmaqda davam edir.

Lakin iyunun 23-də Vyanada keçirilən danışıqlardan sonra ABŞ prezidentinin silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marshall Billingslea deyib ki, o və Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov bir neçə texniki işçi qrup yaratmaqla irəliləyiş əldə edə biliblər.

Bu danışıqlardan məqsəd 2010-cu ildə imzalanmış Yeni START müqaviləsini əvəzləyəcək hərtərəfli sənədin hazırlanmasıdır. İndiki müqavilənin vaxtı gələn ilin fevralında başa çatır.

Billingslea deyib ki, Birləşmiş Ştatların məqsədi təkcə “strateji nüvə silahları” adlandırılan silahları deyil, ümumilikdə bütün nüvə silahlarını əhatə edəcək nəzarət razılaşmasının əldə olunmasıdır.

Yeni START müqaviləsi iki ölkənin nüvə başlıqlı uzaqmənzilli raketlərinin kəmiyyətinə limit qoyur.

“Əhəmiyyətli irəliləyiş”

Ryabkov danışıqların davam etdirilməsinə dair əldə olunmuş razılaşmanı “irəliyə doğru əhəmiyyətli addım” adlandırıb.

Rusiya ona və ABŞ-a 1550 uzaqmənzilli nüvə başlıqlı raket saxlamaq icazəsi verən indiki müqavilənin uzadılmasını istəyirdi.

Lakin Vaşinqton bildirir ki, sözü gedən müqavilə köhnəlib və bütün mümkün gələcək razılaşmalara Çin də daxil edilməlidir.

Amma Pekin özünün nüvə arsenalını artırmaqda olmasına baxmayaraq Moskva və Vaşinqtonla üçtərəfli sazişə daxil olmaq istəmir. Çin bildirir ki, onun nüvə cəbbəxanası Rusiya və ABŞ-ın nüvə arsenalından xeyli kiçikdir.

Ryabkov Interfax agentliyinə deyib ki, Moskva silahlara nəzarətin çoxtərəfli razılaşma əsasında olmasını istəsə də, hər hansı ölkəni razılaşmaya zorla daxil etməyin qeyri-mümkünlüyünü başa düşür.

ABŞ prezidenti Donald Trump indiyədək Birləşmiş Ştatları Ortamənzilli Nüvə Raketlərinə dair müqavilə və İranla nüvə sazişi də daxil bir sıra beynəlxalq razılaşmalardan birtərəfli qaydada çıxarıb. Lakin Trump-ın administrasiyası Yeni START müqaviləsinin saxlanmasında maraqlı olduğuna işarə edib.

Rusiya isə bildirir ki, onun üçün başlıca məqsəd Birləşmiş Ştatlarla paritetə malik olmaqdır.

Moskva habelə Vaşinqtonla nüvə sazişinin genişləndirilməsinə və bura nüvə sınaqlarının qadağanının da daxil edilməsinə çalışır. Belə sınaqlar artıq 30 ildir ki, keçirilməyib.

Ötən ay Billingslea Moskvanı “qeyri-strateji” nüvə silashlarını modernizasiya etməkdə günahlandırmışdı.

O bildirirdi ki, Moskva olduqca təxribat xarakterli nüvə doktrinası qəbul edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG