Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 00:58

Rusiya məhbus ukraynanlıları Kiyevə qaytara bilər


2018-ci ildə Krımda saxlanmış Volodymyr Balukh.
2018-ci ildə Krımda saxlanmış Volodymyr Balukh.

Rusiya həbsxanalarında saxlanan 5 Ukrayna vətəndaşı cəzalarının qalanını Ukraynada çəkmək üçün Kiyevə transfer edilə bilər.

Interfax xəbər agentliyi və Kommersantqəzeti avqustun 21-də mənbələrə istinadən bildiriblər ki, Ukraynaya ötürülməsi nəzərdə tutulan beş məhbus artıq Rusiyanın müxtəlif şəhələrindəki həbsxanalardan Moskvaya gətirilib.

Kommersant qəzeti isə mənbəyə istinadən bildirib ki, ötən noyabrda Kerç boğazında Rusiya qüvvələri tərəfindən həbs edilmiş 24 Ukrayna dənizçisi də Ukraynaya verilə bilər.

Rusiya 24 Ukrayna dənizçisini və 3 Ukrayna gəmisini onun sərhədini qanunsuz keçməkdə ittiham edir.

Moskvada mənzillənmiş Memorial insan haqları mərkəzi bir gün əvvəl bildirmişdi ki, Rusiyada məhbus olan beş ukraynalı - Volodymyr Balukh, Stanislav Klykh, Oleksandr Kolchenko, Pavlo Hryb vəMykola Karpyuk Rusiya ərazisindəki müxtəlif koloniyalardan Moskvadakı Lefortovo saxlanma məntəqəsinə köçürülüblər.

Birləşmiş Ştatlar və Avropa İttifaqı bundan əvvəl Rusiyanı bu ölkədə, ilhaq olunmuş Krımda və Ukraynanın separatçıların nəzarətində olan ərazilərində saxlanan onlarca Ukrayna vətəndaşının Ukraynaya qaytarılmasına çağırmışdı.

XS
SM
MD
LG