Keçid linkləri

2026, 25 İyul, şənbə, Bakı vaxtı 00:17

Ukrayna Kirovdakı hərbi zavodu, Rusiya Kiyevdəki poliqonu vurdu

Kiyevə raket zərbəsi
Kiyevə raket zərbəsi

Rusiyanın iyulun 24-də Kiyev vilayətində müdafiə sənayesi tədbiri keçirilən məkana ballistik raket zərbəsi endirməsi nəticəsində 10 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb.

Bu barədə "Reuters" agentliyi Ukrayna rəsmiləri və müdafiə sənayesi nümayəndələrinə istinadən yazır.

Ukrayna prezidenti Volodimir Zelenski hədəf alınan obyektin adını açıqlamayıb, araşdırma aparıldığını bildirib.

Bəzi məlumatlara görə, raketlər "Armada" pilotsuz sistemlər sərgisinin keçirildiyi poliqona düşüb, amma bu, hələlik rəsmən təsdiqlənməyib.

Rusiya Müdafiə Nazirliyi hələlik bu zərbələrlə bağlı rəsmi bəyanat yaymayıb. Qurum bundan əvvəl — iyulun 24-nə keçən gecə Odessa, İzmail və Nikolayev limanlarına zərbələr endirdiyini açıqlamışdı. Rusiya tərəfinin iddiasına görə, Nikolayevdə hərbi təyinatlı yüklər daşıyan quru yük gəmisi vurulub.

"Avitek" zavoduna raket zərbəsi: Ölənlər var

Ukraynanın Rusiyanın Kirov şəhərindəki "Avitek" zavoduna raket zərbəsində altı nəfər həlak olub. Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov hadisə zamanı daha 26 nəfərin yaralandığını bildirib.

Ukraynanın "Exilenova+" və "Supernova+" monitorinq kanalları xəbər verir ki, müdafiə sənayesi zavodu Ukraynaya məxsus "Flaminqo" raketi ilə vurulub.

"Avitek" zavodunda hərbi təyinatlı məhsullar, o cümlədən hava hücumundan müdafiə sistemləri və aviasiya komponentləri istehsal olunur. Müəssisə Avropa İttifaqı, ABŞ və digər ölkələrin sanksiya siyahısındadır.


XS
SM
MD
LG