Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 15:30

Ukraynalı əsirləri daşıyan təyyarənin vurulduğu xəbər verilir


Təyyarənin düşmə anını göstərən kadr
Təyyarənin düşmə anını göstərən kadr

Rusiyanın Belqorod vilayəti üzərində Il-76 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Rusiya Müdafiə Nazirliyinin bu barədə məlumatında deyilir ki, təyyarədə 65 ukraynalı hərbi əsir vardı və onları dəyişmək üçün Belqorod vilayətinə gətirirdilər.

Onlardan başqa təyyarədə üç müşayiətçi və 6 ekipaj üzvü olub.

Bu qəza haqqında ilk məlumatı 112 teleqram kanalı yayıb. Belqorod teleqram kanalları qəzanın videokadrlarını dərc ediblər. Kadrlarda təyyarə sürətlə yerə düşür və partlayır.

Mediazona yazır ki, təyyarə Yablonnoye kəndinin yaxınlığına düşüb.

Belqorodun qubernatoru Vyaçeslav Qladkov “hadisə yerinə” yollandığını yazıb.

O yazıb ki, hazırda təyyarənin düşdüyü yerdə istintaq qrupu və FHN-nin əməkdaşları işləyirlər.

Bundan əvvəl regionda raket təhlükəsi elan edilmişdi. Rusiya Müdafiə Nazirliyi isə vilayət üzərində dron vurulduğunu xəbər vermişdi.

Ziddiyyətli xəbərlər

"Ukrainskaya pravda” və RBK-Ukrayna mənbələrə istinadla Il-76-nın Ukrayna silahlı qüvvələri tərəfindən vurulduğunu bildirirdilər.

Bu saytların xəbərlərində deyilirdi ki, təyyarə Xarkov vilayətinin atəşə tutulması üçün S-300 raket kompleksləri üçün sursat daşıyırdı.

Daha sonra hər iki agentlik təyyarə qəzasının Ukrayna silahlı qüvvələri ilə bağlı olduğunu bildirən hissəni xəbərlərdən çıxarıblar.

“Mash” teleqram kanalı iddia edir ki, Rusiya təyyarəsi Ukrayna silahlı qüvvələri tərəfindən Patriot raketi ilə vurulub.

Teleqram kanalının məlumatına görə bu təyyarədən bundan əvvəl də əsirlərin çatdırılması üçün istifadə olunmuşdu və o bu səbəbdən Belqorodun qapalı aeroportundan istifadə edir və sərbəst uçurdu.

Bu barədə habelə "Осторожно, новости" saytı xəbər verib və Rusiya Birinci kanalının yanvar ayında keçirilməli olan əsir mübadiləsi barədə süjetini əlavə edib.

Təyyarəni Ukrayna vurub?

Ukrayna hakimiyyəti hələ ki, insidenti şərh etməyib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da məsələ barəsində hələlik heç nə deyə bilməyəcəyini söyləyib.

O bildirib ki, bu, “çox təzə xəbərdir” və “hələ ki, araşdırılır”.

Dövlət Dumasının deputatı Andrey Kartapolov deyib ki, göyərtəsində 80 ukraynalı əsir olan daha bir Il-76 təyyarəsini vaxtında “geri qaytara” biliblər.

Onun sözlərinə görə Ukrayna hakimiyyəti hazırlanan əsir mübadiləsindən xəbərdar idi və əsirlərin necə gətiriləcəyini bilirdi.

Kartapolov ehtimal etdiyini deyib ki, təyyarə Patriot və ya Almaniya istehsalı Iris T raket komplekslərinin üç raketi ilə vurulub.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Il-76 təyyarəsinin qəzası ilə bağlı ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət hazırlanmasına tapşırıq verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG