Keçid linkləri

2026, 14 Yanvar, çərşənbə, Bakı vaxtı 00:40
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Xarkov atəşə tutulmaqda davam edir

Xarkovun şimal və şərq rayonlarında sakinlərinə tövsiyə olunur ki, bütün günü sığınacaqdan çıxmasınlar. Bu barədə Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. Belə çağırış Xarkovun atəşə tutulması ilə bağlıdır.

"Hətta hava hücumu xəbərdarlığı olmasa belə. Ayıq olun, təhlükəsizlik birinci yerdədir", - Sinegubov deyir. Ötən gün ərzində Xarkov üç dəfə atəşə tutulub, Saltovka, Pyatixatki və Xarkovdakı aeroport ərazisi zərər çəkib. UNİAN xəbər verir ki, Balakleyski rayonunda bir nəfər xəsarət alıb. Xarkov merinin dediyinə görə, şəhərdə yaşayış binalarının 25%-i yaşayış üçün yararsızdır, məktəblərin 50%-i dağılıb. Mayın 1-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib ki, Slobojanski istiqamətində Rusiya ordusu Xarkova aviazərbələr endirməkdə və artilleriyadan atəş açmaqda davam edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Ukraynada

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşün videosunu yayıb. O, "ABŞ Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir. Dövlətimizin suverenliyi və ərazi bütövlüyünün qorunmasına kömək etdiyiniz üçün təşəkkür edirik!" deyə yazıb.

Nikolayev vilayətində partlayış

Ukraynanın Nikolayev vilayətində güclü partlayışın baş verdiyi bildirilir. Vilayət administrasiyasının rəhbəri Vitali Kim "İşğalçılar Ukrayna gübrələrinə qarşı" başlığı ilə fotoşəkil yayımlayıb. Partlayışın dəqiq nə olduğu və qurbanların olub-olmadığı hələlik məlum deyil. “Strana.ua” nəşri isə bir zavodun və ya mineral gübrə anbarının atəşə tutulduğunu irəli sürüb. Daha sonra Kim başqa teleqram səhifəsində bir fotoşəkil yerləşdirərək, "Bulud artıq ağdır, biz havanın tərkibini yoxlayırıq" şərhini yazıb.

Azovstal sığınacağından 20 mülki şəxs təxliyyə olunub

Mariupol, Azavstal zavodu, 22 aprel 2022
Mariupol, Azavstal zavodu, 22 aprel 2022

İki aydan bəri Rusiya ordusu tətəfindən mühasirədə saxlanılan Mariupoldakı Azovstal metallurgiya zavodunun sığınacağından şənbə günü 20 nəfər təxliyyə olunub. Bu barədə elə zavodun sığınacağında Rusiya ordusuna müqavimət göstərən Azov alayının komandir müavini Svyatoslav Palamar videomüraciətində məlumat verib. Ətraflı

Davamı

XS
SM
MD
LG