Gecə atəşləri nəticəsində Luqansk vilayətində 8 nəfər həlak olub
Luqansk vilayətində Rusiya ordusunun gecə atəşləri nəticəsində 8 nəfər həlak olub, iki nəfər yaralanıb, Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Qayday bildirib. Onun sözlərinə görə, azı yeddi ev və bir polis idarəsi dağılıb. Ən böyük dağıntı Qorski, Zolote, Popasnaya, Lisiçansk və Severodonetskdə olub.
Ukraynada ATƏT missiyasının bir neçə əməkdaşı əsir götürülüb
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqində Xüsusi Monitorinq Missiyasının (XMM) bir neçə əməkdaşının əsir götürülməsindən danışıb. İndi təşkilat missiya üzvlərinin azad edilməsi ilə bağlı danışıqlar aparır. Ətraflı
Odessa raket atəşinə tutulub
Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığı Odessanın raket atəşinə tutulduğunu təsdiqləyir. Məlumata görə, raketlər "infrastruktur obyektlərini" vurub. Odessanın atəşə tutulması zamanı mərmi yaşayış binasına da düşüb. UNİAN agentliyinin məlumatına görə, şəhərdə dörd partlayış səsi eşidilib. Məlumatda bildirilir ki, bir neçə mənzilə ciddi ziyan dəyib. Hələlik insan təlafatı barədə məlumat verilmir.
Rusiyanın 4 sualtı qayığından Uraynaya raket atılır
Rusiyanın ən azı dörd sualtı qayığı Qara dənizdən Ukrayna ərazisinə raket zərbələri endirir. Bu barədə UNİAN Odessa hərbi administrasiyasının operativ qərargahına istinadla məlumat yayıb.
"Söhbət Rusiyanın "Project 877 Halibut" sualtı qayıqlarından gedir. Raketlər 50 metrə qədər dərinlikdən buraxılır ki, bu da radarlar və peyklərin onları effektiv aşkarlamasına imkan vermir", - UNİAN administrasiyanın mətbuat katibindən sitat gətirir.