Ötən gecə Kiyevin bir neçə rayonu atəşə tutulub
Gecə saatlarında Rusiya hərbçiləri paytaxt Kiyevin bir neçə rayonunu atəşə tutub. Bu barədə paytaxtının meri Vitali Kliçko məlumat verib. Ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Kliçko, qəza yerində həkim və təcili yardım xidmətinin xilasedicilərinin işlədiyini bildirib.
Ukraynanın Mariupol şəhərində əsl kabus yaşanır
Dağıdılmış şəhərin sakinləri zirzəmilərdə yaşayır, elektrik və qaz yoxdur, sakinlər küçələrdə yemək hazırlayır. Cəsədlər həyətlərdəki kütləvi məzarlıqlarda və kiçik bağçalarda dəfn olunur.
'Moskva' gəmisi batdı
Rusiya Müdafiə Nazirliyinin aprelin 14-də, axşam yaydığı bəyanatda deyilir ki, Rusiya Qara dəniz hərbi donanmasının əsas gəmisi - flaqmanı "Moskva" raket kreyseri batıb. Ətraflı
ABŞ Ukraynaya ağır silahlar göndərməyə başlayır
Pentaqon bildirir ki, yardım paketinə habelə Əfqanıstanın "Taliban" tərəfindən devrilmiş hökuməti üçün nəzərdə tutulmuş 11 "Mi-17" helikopterləri, 155mm çaplı haubitsa topları, artilleriya əleyhinə radarlar və 200-dək PDM daxildir. Ətraflı