Rusiyalı jurnalistlər Zelenskidən müsahibə götürüb-Rusiya Prokurorluğu həmin jurnalistlərə xəbərdarlıq edib
Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə rusiyalı jurnalistlərə müsahibə verib. Ukrayna prezidentindən müsahibə alanlar Rusiyanın “Meduza” nəşrinin və “Dojd” telekanalının baş redaktorları, “Novaya qazeta”nın sualını Ukrayna prezidentinə çatdıran jurnalist Mixail Zıqar və “Kommersant”ın xüsusi müxbiri Vladimir Solovyov olub.
Roskomnadzor Rusiya mediasından Zelenski ilə müsahibəni nümayiş etdirməməyi tələb edib.
Rusiyanın Baş Prokurorluğu Zelenski ilə rusiyalı jurnalistlərin müsahibəsində dərc olunan ifadələrə hüquqi qiymət verəcəklərini bildirib.