Keçid linkləri

2026, 11 Mart, çərşənbə, Bakı vaxtı 23:03
Kiyev, 24 mart 2022
Kiyev, 24 mart 2022

İşğalın 32-ci günü. Ukrayna ordusu bir-neçə yaşayış məntəqəsini azad edib

Rusiyanın Ukraynaya hücumunun 29-cu günü haqda burada oxu

Rusiya qoşunları Slavutiçə girərək yerli xəstəxananı ələ keçiriblər

Slavutiç, arxiv foto
Slavutiç, arxiv foto

Rusiya qoşunları Slavutiçə girərək yerli xəstəxananı ələ keçirdilər. Bu barədə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Pavlyuk məlumat verib. Onun sözlərinə görə, şəhərin meri Yuri Fomiçev naməlum şəxslər tərəfindən qaçırılıb.

31 gündə Ukraynada 136 uşaq həlak olub

Rusiyanın Ukraynaya silahlı təcavüzü başlayandan bəri -31 gündə 136 uşaq həlak olub, 199 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Uşaqların əksəriyyəti Kiyev vilayətində, Xarkovda, Donetskdə , Çerniqovda, Nikolayevdə, Luqanskda, Zaporojyedə , Xersonda, Jitomirdə, Sumıda və Kiyevdə zərər çəkib.

Mariupolun hazırkı vəziyyəti

Ukraynanın "Azov" polku martın 26-da özünün teleqram səhifəsində Mariupolun hazırki vəziyyətini əks etdirən foto paylaşıb.

Moskva nüvə silahından istifadə şərtlərini açıqlayır

Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Rusiyanın hansı hallarda nüvə silahından istifadə edə biləcəyini açıqlayıb. Amma o, dərhal da Ukrayna ilə danışıqlara ümid etdiyini bildirib. Ətraflı

Davamı

XS
SM
MD
LG