Keçid linkləri

2026, 03 Yanvar, şənbə, Bakı vaxtı 04:06
Xarkov
Xarkov

Müharibənin 25-ci günü-Rusiya ordusu son 24 saat ərzində aktiv hücumlar həyata keçirməyib

Rusiyanın Ukraynaya hücumunun 22-ci günü haqda burada oxu

"Z"-lə səhnəyə çıxan rusiyalı idmançıya qadağa

Beynəlxalq Gimnastika Federasiyası rusiyalı idmançı İvan Kulyakın bir il yarışlardan kənarlaşdırlmasını tələb edir.

Beləki Dohada keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimində iştirak edən rusiyalı idmançın sinəsində Rusiyanın Ukraynaya hərbi təcavüzünün simvoluna çevrilən "Z" hərfi olub.

Sinəsinə "Z" hərfi yapışdırmış rusiyalı idmançı Kuliyak
Sinəsinə "Z" hərfi yapışdırmış rusiyalı idmançı Kuliyak

İşğala etiraz edən dinc əhaliyə qarşı zorakılıq

Berdyanskda Rusiyanın işğalına qarşı çıxan yerli mülki əhalini əraziyə nazərət edən Rusiya qüvvələri döyür və həbs edirlər. Bu barədə "Qromadske" saytı xəbər verir.

Müharibə Ukraynada 10 milyon insanı evindən didərgin salıb

Mülki əhali Mariupolu tərk edir
Mülki əhali Mariupolu tərk edir

Ukraynada müharibə başlayandan bəri on milyon insan evini tərk edib,

Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə Ali Komissarı martın 20-də bildirib ki, on milyon insan – əhalinin təxminən dörddə biri – Rusiyanın əsassız müharibəsi səbəbindən indi Ukraynadakı evlərini tərk edib. Bu, evlərini tərk etməyə məcbur olan mülki vətəndaşların çəkdiyi əzabdır”, - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi tvitter hesabında yazıb.

“Ukraynadakı müharibə o qədər dağıdıcıdır ki, 10 milyon insan ya ölkə daxilində didərgin düşüb, ya da xaricə qaçqın düşüb”, o əlavə edib. Ətraflı

XS
SM
MD
LG