Rusiya hərbçiləri Mariupolun şərq ətrafını ələ keçiriblər
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri Mariupolun şərq ətrafını ələ keçiriblər.
Ukrayna tərəfi bildirir ki, Rusiya ordusu səylərini Mariupol və Severodonetskin ələ keçirilməsinə yönəldib. Çerniqov vilayətində rus qoşunları Mixaylo-Kotsiubinske, Levkoviçi, Jukotki və Qorodnya ərazilərində “mühəndislik mövqelərini təchiz edir”.
Rusiya Müdafiə Nazirliyi martın 12-də səhər saatlarında keçirilən brifinqində bildirib ki, onlar Vasilkovodakı "hərbi aerodromu sıradan çıxarıblar", həmçinin Novodonetskoye, Novomayorskoye, Pavlovka yaşayış məntəqələrinə çatıblar.
Rusiya ABŞ-a xəbərdarlıq etdiyini bildirir
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ Ukraynaya silah tədarük edərsə, belə silahların olduğu karvanlar Rusiya ordusu üçün “qanuni hədəfə” çevriləcək.
"Ukraynada ABŞ-la heç bir məsləhətləşmə, danışıqlar prosesi yoxdur. Biz ABŞ-a xəbərdarlıq etmişik ki, bir sıra ölkələrdən təşkil olunmuş silahların vurulması sadəcə təhlükəli addım deyil, bu, müvafiq konvoyları qanuni hədəflərə çevirən bir hərəkətdir”, -"İnterfaks"ın yazdığına görə, bu sözləri Ryabkov Rusiyanın 1-Kanalına açıqlamasında deyib.
Şolzla Makron Putinlə danışıblar
Almaniyanın kansleri Olaf Şolz, Fransanın prezidenti Emmanuel Makron və Rusiyanın prezidenti Vladimir Putin arasında telefon danışığı aparılır. Bu barədə AFP xəbər verir. Məlumatı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov təsdiqləyib.
Mariupolda mülki əhalinin sığındığı məscidin atəşə tutlduğu bildirilir
Rusiya silahlı qüvvələri Ukraynanın Mariupol şəhərində Türkiyə vətəndaşlarının da olduğu məscidi atəşə tutub. Ukrayna xarici işlər nazirliyinin yaydığı məlumata görə, həmin məscidə uçqalar da daxil olmaqla 80-dən çox mülki vətəndaş sığınıb. Nazirlik ölən və ya yaralananların olub-olmadığını açıqlamayıb.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin martın 11-də açıqladığı məlumata görə, Rusiya öz ordusunu "yenidən qruplaşdırmağa" cəhd edərək Kiyevə qarşı əməliyyatlara hazırlaşır. Gələn məlumatlarda o da vurğulanır ki, Çerniqov, Sum və Mariupol Rusiya silahlılarının artilleriya atəşləri altında qalıb.
Kiyev qubernatorunun dediyinə görə, təxliyyə cəhdlərinin davam etdiyi bir vaxtda Rusiya hava hücumlarını davam etdirir.
Mariupolun atəşə tutlmasının davam etdiyi bildirilir. Qeyd olunur ki, bununla Rusiya tərəfi şəhərdəki mülki əhalinin ərzaq və su ilə təminatına, həm də təxliyyə olunmasına imkan vermir.
Yerli media xəbər verir ki, martın 12-də səhər saatlarında Ukraynanın bir sıra şəhərlərində hava hücumu sirenləri səslənib, insanlar sığınacaq axtarmağa çağırılıb
Ukrayna prezidenti martın 12-də etdiyi müraciətində deyib ki, Rusiya onilliklərin ən böyük itkisinə məruz qaldıqdan sonra Ukraynaya yeni qüvvələr göndərir. Xəbərlərdə vurğulanır ki, Kiyevin cənubundakı hərbi hava limanı raket atəşinə tutulub. Nəticədə aeredromun uçuş-enmə zolağı və yanacaq anbarı dağıdılıb, bu zərbələr silah-sursat anbarında da partlayışlara səbəb olub.
Baş nazirin müavini İrina Vereşçuk Ukraynanın şəhər və kəndlərindən, o cümlədən mühasirədə olan cənub liman şəhəri Mariupoldan çıxarılanlar üçün bir neçə humanitar dəhliz martın 12-də açılacağına ümid etdiyin bildirib.