Ukraynada vurulan Rusiyanın hərbi texnikası
“Forbes” jurnalının Ukrayna versiyasına görə, Ukraynaya daxil olandan bu günə qədər Rusiya ordusunun müharibədə itirdiyi texnikanın dəyəri artıq 5,1 milyard dollardan çoxdur.
Ukrayna Baş Qərargahının verdiyi məlumata görə, müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 58 təyyarəsi, 83 helikopteri, 363 tankı və 1205 piyada döyüş maşını və zirehli transportyoru məhv edilib.
Təbii ki, daimi döyüşlər şəraitində bütün bu rəqəmləri yoxlamaq mümkün deyil və onların müstəqil təsdiqi də yoxdur.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi fevralın 27-də Su-25 hücum təyyarəsinin itkisini etiraf etsə də ümumi texniki itkilərlə bağlı başqa məlumat yoxdur.
O da var ki, "Forbes"-in Ukrayna versiyası hesablamalara Ukraynada atılan raketlərin dəyərini daxil etməyib. Beləki təkcə Ukrayna ordusunun vurduğu iddia edilən Rusiya qoşunlarına məxsus “İsgəndər” ballistik raketləri və “Kalibr” qanadlı raketlərininin qiyməti 3 milyard dollara yaxın ola bilər.
Ukrayna 1300 həbçisini itirib
Zelenski bildirib ki, müharibə başlayandan bəri 1300-ə yaxın ukraynalı hərbçi həlak olub. Ukrayna prezidenti bunu şənbə, martın 12-də xarici KİV nümayəndələri ilə görüşdə deyib. O, həmçinin bildirib ki, təkcə cümə günü təxminən 500-600 rus əsgəri təslim olub.
Ukrayna Müdafiə Nazirliyinin açıqladığı məlumatlara görə, Rusiya Ukraynaya hücum edəndən bəri 12 mindən çox hərbçisini itirib, bundan başqa 2 mindən çox Rusiya hərçisi də əsir götürülüb və təslim olub.
Rusiya Müdafiə Nazirliyi itkilərlə bağlı bir dəfə məlumat açıqlayıb. Həmin məlumata 500-ə yaxın Rusiya əsgəri həlak olub, mindən çox həbçi isə yaralanıb.
Makron və Şolzla danışan Putin Ukrayna ilə bağlı yenə iddialar səsləndirib
Şolz və Makronun Putinlə danışıqları başa çatıb. Bildirilir ki, Almaniya kansleri ilə Fransa prezidenti Ukraynada dərhal atəşkəs tələb edilməsini istəyiblər.
Danışıqlar barədə daha ətraflı məlumat verilməməsi barədə razılığa gəliblər.
Kreml bildirir ki, Putin Scholz və Makronu “real vəziyyət haqqında” məlumatlandırıb.
Məlumata vurğulanır ki, Putin telefon danışığı zamanı Ukraynada müxaliflərin mühakimə olmadan öldürülməsi, girov götürülməsi və mülki şəxslərin canlı qalxan kimi istifadə edilməsi, ağır silahların yaşayış məntəqələrində, xəstəxanaların, məktəblərin, uşaq bağçalarının yaxınlığında yerləşdirilməsi və bu kimi halların baş verdiyini deyib.
Putin bu kimi iddiaları daha əvvəllər də səsləndirib.
Deputat: Xersonda "xalq respublikası" elan edilməsi üçün referendum hazırlanır
Xerson vilayət şurasının deputatı Sergey Xlan bəyan edir ki, Xerson vilayətində “DXR” və “LXR” qondarma “xalq respublikası” kimi yeni bir qurumun yaradılmasına dair referendum hazırlanır.
Onun dediyinə görə, telefonla deputatlardan əməkdaşlığa hazır olub-olmadıqları soruşulur. Xerson rus hərbçiləri tərəfindən tutulub. İndiyə qədər müxtəlif KİV-lər Xerson və digər şəhərlərdə rus qoşunlarının işğalına qarşı etiraz aksiyaları keçirildiyi barədə məlumatlar veriblər.