Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:12

Rusiya Ukrayna dənizçilərini 2 aylıq həbs edir, Qərbi dinləmir


Rusiya FTX əməkdaşı Ukrayna dənizçisini müşayiət edir
Rusiya FTX əməkdaşı Ukrayna dənizçisini müşayiət edir

Rusiya məhkəməsi Azov dənizində Rusiya sahil keşikçiləri ilə toqquşmadan sonra saxlanmış Ukrayna gəmilərindəki dənizçilərdən bir neçəsi barədə 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

BMT-nin baş katibi bu insidentlə bağlı, həm Moskvanı, həm də Kiyevi təmkinə dəvət edib. Estoniya prezidenti Rusiyanı “Avropada müharibə qızışdırmaqda” ittiham edib.

Estoniya prezidenti Kersti Kaljulaid deyib ki, Rusiyanın hərəkətləri “Avropada müharibə” kimi qəbul edilməlidir. O əlavə edib ki, belə hərəkətlər “normal bir hal hesab edilə bilməz”.

Estoniya prezidenti dünya birliyini “Rusiyanın təcavüzünü aydın dildə, kollektiv şəkildə və dərhal pisləməyə” və “Rusiyadan təcavüzü dayandırmağı tələb etməyə” çağırıb.

Rusiya tərəfindən ilhaq olunmuş Krımın mərkəzi şəhəri Simferopolda məhkəmənin noyabrın 27-də çıxardığı hökmdən belə görünür ki, Kreml Kiyev və Qərbin çağırışlarını eşitməyə tələsmir.

Məhkəmə, Rusiya sahil keçikçiləri tərəfindən atəşə tutulduqdan və taran edildikdən sonra ələ keçirilmiş üç gəminin heyətindən 13 nəfəri barəsində iki aylıq həbs hökmü çıxarıb. Rusiya rəsmiləri deyirlər ki, daha 9 nəfərin məhkəməsi noyabrın 28-də olacaq.

Fransanın xarici işlər naziri Jean-Yves Le Drian rusiyalı həmkarı Sergei Lavrovla danışıqlardan sonra hər iki tərəfi “təmkinə” çağırıb.

Lavrov bu münaqişənin Almaniya, Fransa, Rusiya və Ukraynanın iştirakı ilə birgə çözülməsi təklifinə cavab olaraq bildirib ki, Moskva bu məsələdə vasitəçilərə ehtiyac duymur.

O, Qərbi əvəzində Ukraynanın “təxribatlarının” dayandırılmasına çağırıb.

Bu arada Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini Moskvanı ukraynalı dənizçilərin “dərhal” azad olunmasına çağırıb.

O “Avropada yeganə real müharibənin” qızışmaması naminə tərəfləri təmkinə dəvət edib.

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, “Rusiya öz hərəkətlərinin nəticələri barədə düşünməlidir”.

Həmrəyliklə Kiyevi dəstəkləyən başqa ABŞ rəsmilərindən fərqli olaraq prezident Trump insidentə dair qısa bəyanatında heç bir ölkənin adını çəkməyib:

"Necə olursa olsun, bizim baş verənlərdən xoşumuz gəlmir. Ümidvarıq ki, onlar məsələni yoluna qoyacaqlar. Bilirəm ki, Avropada da bunlardan məmnun deyillər. Onlar bunun üzərində işləyirlər. Biz hamımız birlikdə işləyirik”.

Kremlin tənqidçiləri deyirlər ki, ola bilsin, Rusiya bu gərginliyi reytinqi son vaxtlar xeyli aşağı düşmüş Putinin imicini yaxşılaşdırmaq üçün artırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG